Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" layihəsi başlandı... Layihə haqqında geniş məlumatlar.
Mövlüd Süleymanlı. "And olsun, əsrə..." Xalq yazıçısı Mövlüd Süleymanlının bu yeni kitabına “Erməni adındakı hərflər” romanı, “Teymurlar” povesti,“Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik yaşantılar kimi son illər qələmə aldığı maraqlı əsərləri daxil edilib.
Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma. Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.
Yusif Cəfərli. "Vliağa muğanlıları və ya Torpaq müqəddəsdir". Publisitika və şeirlər. Müəllif xalq təfəkküründən, yaddaşından alıb ona söykəndiyimiz bilgiləri, düşüncələri bu publisistik yazılarda oxucularla bölüşür.
Orxan Bahadırsoy. "Madmuazel Şanel". İki hissəli dram. Gənc dramaturq-nasir O.Bahadırsoyun bu ikihissəli tarixi pyesi məşhur fransız modelyer Koko Şanelin həyatından bəhs edir...
Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. Toplu. Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilib.
Manaf Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim". Sənədli nəsr - memuar. Kitab Azərnəşr 1989-cu il buraxılışı əsas götürülərək, müəllifin nəvəsi Zaur Əhmədzadə ilə bağlanan müqaviləyə əsasən nəşr edilib. Kitab Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.
Joze Saramaqo. “Seçilmiş əsərləri”. Görkəmli Portuqaliya yazıçısı Joze Saramaqonun “Seçilmiş əsərləri”nə “İsanın İncili”, “Təxirə salınmış ölüm” romanları, “İn Nomine Dei” pyesi və yazıçının Nobel nitqi daxil edilmişdir.
Гани Джамалзаде. “Золотой осленок”. Роман. Перевод с азербайджанского языка:Надир Агасиев, Медина Агасиева, Борис Кутуков. Qəni Camalzadə. “Qızıl xoduğ”. Roman. Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin "Qızıl xoduğ" kitabına müəllifin eyniadlı romanının rus dilinə olunmuş variantı daxil edilib. Bu yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba daxil edilmiş romanda maraqlı etnoqrafiq - psixloji löhvələr var
Ramiz Rövşən. "Nəfəs. Kitablar kitabı." Nəfəs - kitablar kitabı — Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı - əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü". İlk üç kitab nəzm, dördüncü-nəsr, beşinci esselərdən ibarətdit.
Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.
Qəni Camalzadə. “Qızıl xoduğ”. Roman və hekayələr. Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı yazıçı-yumorist Qəni Camalzadənin "Qızıl xoduğ" kitabına müəllifin eyniadlı romanı və hekayələri daxil edilib. Bu yazıçının oxucularla altıncı görüşüdür. Kitaba daxil edilmiş romanda maraqlı etnoqrafiq - psixloji löhvələr var. Hekayələr isə yumor və satira nümunələridir.