Bu e-kitab “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanıb. Kreativ layihə Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilir və YYSİB tərəfindən reallaşdırılır.
Nurlana İşıq. "Şlyapalı dayanacaq". Hekayələr kitabı. Nurlana İşıq- Nurlana Ümudvar qızı Məmmədova 20 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, ixtisasca filoloqdur. Hazırda Xırdalan şəhəri 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Ədəbi mühitdə uşaq ədəbiyyatı yazıçısı kimi tanınır. 2018-ci ildə “Su” adlı ilk kitabı işıq üzü görmüşdür. “Şlyapalı dayanacaq” adlı hekayəsi Nur İşıq təxəllüsü ilə Türkiyədə və İraqda çap olunmuşdur. "Ulduz" və "Mücrü" dərgilərində nağılları və hekayələri çap olunub.
Nemət Mətin. "Ədəbiyyat və kütlə". Publistik-bədii toplu. Gənc yazıçı-publist Nemət Mətin ədəbi mühitdə iki kitabı ilə tanınıb: "Ədəbiyyat və kütlə", "Sonuncu uçuş". İlk kitabı ictimai, siyasi, ədəbi problemlərə aid məqalələr və bir hekayədən ibarətdir.
Günel Yaqubova. “Könlümün fəsilləri”. Poeziya toplusu. Azərbaycan dilində. Yaradıcılığını əsasən İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair Günel Yaqubovanın oxucular tərəfindən maraqla qarşılanan pisxoloji-lirik şeirləri.
Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını, əsasən, İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamil - Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxoloji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi tanınır.
Elcan Məmiyev. "Bir misralıq xatirə". Şeirlər toplusu. Gənc yazarın kitabı: özünün redaktə və təqdimatında. Gənc müəllifin növbəti kitabında yer alan şeirləri muasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən, Qarabağ harayı, Azərbaycan insanının humanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa, sülhə, bərabərliyə səsləyir.
Murad Muradov. "Bal köpüyü". Gənc yazarın ilk kitabı: özünün redaktə və təqdimatında. Bu kitabda paytaxt Bakıdan yetərincə uzaqda yerləşən qəsəbələrin birinə təyinatla həkim kimi işləməyə gələn Leylanın, orda kəndin dəlisi kimi tanınan Əzizlə birgə yaşamış olduğu ürəyləri sızıldadan, inanılmaz olaylar əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Vusal Hicranoğlu. "Mən beləyəm". Poetik-ədəbi toplu. "Mən beləyəm ..." şeirlər və miniatürlər toplusu olan bu kitab gənc yazar Vüsal Hicranoğlunun ilk kövrək addımı, oxucularla ilk görüşüdür. Bir gənc kənd müəlliminin qələmindən, bilgiyazarından çıxan bu yazılarda sıravi bir insanın dünyanı anlamaq, dərk etmək cəhdi var.
Mina Rəşid. "Baxmaqla görmək ayrıdır". Şeirlər və publistik yazılar toplusu. Əslən Ağdamdan olan gənc şairə Mina Rəşidin bu yeni şeirlər və publisitik yazılardan ibarət toplusu müəllifin oxucularına yeni ədəbi-poetk ərməğanıdır.
Məhəmməd Turan. "Şeir sevgilim". Şeirlər toplusu. Məhəmməd Turanın şeirlərini oxuduqca, fikirləşirsən: ən yaxşı fikri onun şeirlərinin özü deyir. Əgər 16 yaşlı bu gəncin şeiri haqqında fikri onun öz şeirləri deyirsə, demək, onun gələcəyinə böyük ümid var.