Kitab ruhi kamilləşmə mövzusuna həsr olunub: qədim Şərqin - Hindistanın inanc yoluna, buddizmin müxtəlif istiqamətlərinə həsr olunub. Nəşrdəki fikirlər və mövqelər müəllifə məxsüsdur, portalın mövqeyini əks etdirmir.
Kitab Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid Ailələrinə Sosial Dəstək İctimai” Birliyi tərəfindən reallaşdırılan dördaylıq layihə çərçivəsində hazırlanb.
Astara rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitablardandır. Kitab elmi-informativ, fakt və məlumaların zənginliyi, məzununun mükəmməliyi baxımından diqqət çəkir.
Zərdüşt Peyğəmbər. "Avesta". Videvdat. II Cild. Zərdüşt peyğəmbərin kitabı. Avesta dilindən çevirmə: İ.M.Steblin-Komenski və başqaları. Ruscadan tərcümə: Xanlar Həmid.
İstedadlı jurnalist, yazıçı-publisistin Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğularaq boya-başa çatmış, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmış vətən övladlarımız, qazilər və qəhrəmanlar, eləcə də Əfqanıstan veteranları haqqında bədii-sənədli, publisitik məqalələr toplusu. İkinci, təkmilləşdirilmiş nəşri.
Cavan şair-jurnalistin bu yeni kitabı müəllifin 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişmiş anası Şəlalə xanıma həsr edilib. "Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb.
Kitabda 1990-1993-cü illərdəki I Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin II Qarabağ, Vətən müharibəsində şəhid olmuş, qəhrəmanlıq göstərmiş soydaşlarımızın bir qismi haqqında məlumatlar toplanıb.
Görkəmli filoloq alimin qardaş Türkiyədə işıq üzü görmüş bu monoqrafiya-kitabı klassik qazax şairi, nasiri Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanmışdır.
Monoqrafik kitabda istedadlı Azərbaycan şair-publisiti, tanınmış alim, "Ədəbiyyat qəzeti"nin baş redaktorunun birinci müavini Adil Cəmilin bədii-poetik yaradıcılığı araşdırılır, dövrümüzün humanitar-mədəni düşüncəsindəki yeri haqqında dəqiq fikirlər yer alıb.
Tanınmış istedadlı şair-publisist, Manasşünas alimin öz doğma anasına, eləcə də Vətənə, xalqa, Qarabağa - Kəlbəcərə həsr etdiyi lirik-fəlsəfi şeirlər kitabı.
Şairə-publisit Südabə Sərvi tərəfindən çapa hazırlanmış bu topluda Azərbaycan yazıçılarının dünyaşöhrətli xalq artistimiz, görkəmli bəstəkar Qara Qarayev haqqında dəyərli fikirləri əks olunan məqalələri və bədii-poetik yazıları toplanıb
Monoqrafik nəşrdə XX əsrin əvvəllərinin Azərbaycan kulturoloji fikir tarixinin bir çox istiqamətləri, o cümlədən milli-mənəvi dəyərlərin zənginləşməsi məsələləri işıqlandırılır.