Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Zamanın axarında (Zəngəzursuz illərim)

Tofiq Mehdiyev

(müəllif)

Qısa Təsvir:

Kitabın müəllifi rus-sovet, erməni, digər xarici ölkə müəlliflərinin əsərlərinə, çoxsaylı arxiv materiallarına, müxtəlif mənbələrə istinad edərək erməni faşizminin, erməni xislətinin, erməniliyin anatomiyasını bütün incəliklərinə qədər açır, oxucuya tanıdır. Bununla yanaşı əsərdə erməni şovinizmini qızışdıran erməni kilsəsinin, ermənilərin ələ aldıqları beynəlxalq qüvvələrin, eləcə də beşinci kalonun fəaliyyətlərindən də bəhs edilir. Ermənilik və terrorizm vəhdətinin insana, insanlığa bəla olduğu göstərilir. Əsərdə təsvir olunun bütün hadisələrin, faciələrin, tarixi proseslərin analizi verilir. Səbəbləri araşdırılır, yol verilən nöqsanlar göstərilir, müəyyən qənaətlərə gəlinir.


Baxış sayı: 70
    
    


    
Boz dünyaya səyahət

Yeqzar Cəfərli

(müəllif)

Qısa Təsvir:

"Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...


Baxış sayı: 101
    
    


    
Düşdüm elə аyаğınа hаqq sözün

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin yeni kitabı. Kitаbdа tanınmış şairə, alim Firuzə Məmmədli yаrаdıcılığı son illərdə yаzdığı əsərlər verilmişdir. Kitаbdа şаirin siyаsi-ictimаi məzmunlu məqаlələri, xаtirələri, onа yаzılmış yubiley təbrikləri, son zаmаnlаr sosiаl şəbəkələrdə pаylаşdığı fəlsəfi məzmunlu stаtuslаrı, müxtəlif illərdə, o cümlədən təzə yаzdığı şeirlər verilmişdir.


Baxış sayı: 132
    
    


    
Bərəkətli ailə qurmağın on əsası

Əlixan Musayev

(müəllif)

Qısa Təsvir:

İslam sivillisasiyası haqqında müsəlman ailə fəlsəfi haqqında kitabda maraqlı məsələlərə toxunulur. Ailə, İslam cəmiyyətinin sarsılmaz təməlidir. Güclü ailə, güclü millət və dövlətin ana təməlidir. Elə buna görə də dinimizdə ailə bünövrəsinin möhkəm təməllər üzərində qurulmasına önəm verilmişdir.


Baxış sayı: 2344
    
    


    
Peyğəmbərin tövhidi

Bələdçi

(müəllif)

Qısa Təsvir:

  "İslam tarixi, müsəlman sivillizasiyası, ilahiyyat elmləri": tarixi-fəlsəfi, dini-ilahiyyat kitablar silsiləsi . "Peyğəmbərin tövhidi". İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Tərtibçi və tərcümə edən: Əlixan Musayev


Baxış sayı: 122
    
    


    
Lənkəranda 1918-ci il mart soyqırımı

Etibar Əhədov

(müəllif)

Qısa Təsvir:

Tanınmış yazıçı-publisistin yeni kitabında ermənilərin Lənkəranda və ölkəmizin Cənub bölgəsində törətdikləri 1918-ci il Mart soyqırımı və faciələrin qurbanlarının tarixi haqqında maraqlı faktlar verilir.


Baxış sayı: 124
    
    


    
Ədəbi körpü. 45-ci sayı

Səxavət İzzəti

(müəllif)

Qısa Təsvir:

Aylıq ədəbi e-dərgi. 45-ci sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir.


Baxış sayı: 126
    
    


    
Sətirlərə sığınan hisslər

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Yeni Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin növbəti təzə elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 12 poeziya kitabı şeirlər və poemalardan ibarət topluları nəşr olunub. Şairənin bu yeni kitabında müxtəlif səpkili lirik-poetik əsərlər, eləcə də "Sirli ölüm" poeması toplanıb. Saf sevgi, mənəviyyat-əxlaq, müxtəlif insanların daxili aləmi, dünyaya sayığı, həyata maraq kimi məsələlər bu poetik məhsulların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu yeni e-kitabında da əks olunub.


Baxış sayı: 183
    
    


    
Duyğu dəryası

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Azərbaycanın çağdaş ədəbiyyatının məhsuldar nümayəndəsinin yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 12 poeziya kitabı şeirlər və poemalardan ibarət topluları işıq üzü görüb. Şairənin bu yeni kitabında müxtəlif səpkili lirik-poetik əsərlər, eləcə də "Yalançı məhəbbət" adlı poeması toplanıb. Saf sevgi, mənəviyyat-əxlaq, müxtəlif insanların daxili aləmi, dünyaya sayığı, həyata maraq kimi məsələlər bu poetik məhsulların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu yeni e-kitabında da əks olunub.


Baxış sayı: 157
    
    


    
Heydər Əliyev irsinin politoloji aspektləri

Cümüşüd Nuriyev

(müəllif)

Qısa Təsvir:

Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq layihəsi çərçivəsində hazırlanıb. “Heydər Əliyev. Elmi miras”: coxcildli elektron nəşrin bu yeni - V cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq gənclərin diqqətinə çatdırılır.


Baxış sayı: 254
    
    


    
Heydər Əliyev. Elmi miras. E-nəşr. IV Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. “Heydər Əliyev. Elmi miras”: coxcildli toplunun bu yeni - IV cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq yeni nəsil nümayəndələrinin diqqətinə çatdırılır.


Baxış sayı: 264
    
    


    
Heydər Əliyev. Elmi miras. E-nəşr. III Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. “Heydər Əliyev. Elmi miras”: coxcildli toplunun bu yeni - III cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq yeni nəsil nümayəndələrinin diqqətinə çatdırılır.


Baxış sayı: 249