“Qarabağ bülbülləri – 50″: “Yaralı səs”. Bu toplu Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ bülbülləri – 50″: “Yaralı səs” – Vətənpərvərlik mövzusunda sənədli film çəkilişi və kitab nəşri” layihəsi çərçivəsində hazırlanmışdır.
Əli Şirin Şükürlü “Ədəbi suprematizim” (İntellektual poeziya haqqında nəzəriyyə) və “Dünyaya yeni baxış” (fəlsəfi esse). Kitab iki hissədən ibarət olub, elmi-populyar üslubda yazılmışdır. Birinci hissəyə müəllifin intellektual poeziya barədə nəzəriyyəsi – “Ədəbi suprematizm” əsəri daxil edilmişdir. Ön söz əvəzi – “Suprematizmdən Ədəbi suprematizmə” essesi bu nəzəriyyənin (həmçinin eyni adlı ədəbi-fəlsəfi cərəyanın) manifesti kimi təqdim olunur.
Zöhrə Əsgərova. "Talelərə yazılan musiqi" (Esselər). İstedadlı xanım yazıçı-publisist, tədqiqatçı Zöhrə Əsgərovanın bu yeni kitabında əməkdar incəsənət xadimi, xalq artisti Kərim Kərimovun həyat və yaradıcılıq yoluna kulturoloji işıq salınır...
Novruz Bayramı. Kulturoloji materiallar toplusu. e-Kitaba xalqımızın qədim adət-ənənələrini, yazın gəlişi ilə bağlı düşüncələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbələrlə bağlı materiallar daxil edilib. YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
"Əkinçi" qəzeti (1875-1877)" Tam mətn. İlk milli mətbuat orqanımız sayılan, əsası maarifçi-ziyalımız Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetində verilmiş ədəbi-bədii, publisistik-ictimai, elmi-mədəni materiallar...
XII Bakı Kitab Bayramı... YYSQ-nin İllik Kulturoloji Tədbirlər silsiləsi başlandı. Bu il tamam fərqli formatda - devizimiz: Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır!
Fikir qovluğu" Azər Qaraçənlinin tələbəlik vaxtından - 1991‐ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudu. 2007‐ci ilin noyabrında atası şair Ağa Laçınlı vəfat eləyəndən sonra həm bu qəfil ölümdən, həm də atasının arxivində çap olunmamış xeyli bədii, publisistik, elmi əsərin qalmasından sarsılan Azər Qaraçənli öz arxivindəki materialların çoxluğundan da narahat olmağa başlayıb və qaralamalarını "əldən çıxartmaq" qərarına gəlib. 2008‐ci ilin aprel ayından Azər Qaraçənli öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay ərzində hissə‐hissə "Mediaforum.az" saytında dərc elətdirib. "Fikir qovluğu" həmin silsilənin kitab variantıdı. Kitaba müəllif silsilənin saytda gedən variantına düşməyən bəzi qeydlərini də əlavə eləyib. Eyni zamanda, "Fikir qovluğu"nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.
Yazar Seyid Raminin Qurban Səid imzasıyla dünyada şöhrət tapmış yazıçı Məhəmməd Əsəd bəy haqqında olan məqaləsi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "Dünyanın ən gözəl sevgi əsərlərindən biri olan “Əli və Nino” romanının Qurban Səid imzasıyla 1937-ci ildə Avstriyanın Vyana şəhərində alman dilində çap edilməsindən az müddət keçsə də, kitab nəinki Avropada, hətta bütün dünyada da məşhurlaşıb tezliklə 33 dilə çevrilərək 66 ölkədə çap edildi."
Namiq Abbasov. "Mədəniyyət siyasəti və mənəvi dəyərlər". Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət siyasətinin elmi-müqayisəli təhlili verilir, bu siyasətin milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu araşdırılır və qloballaşma prosesinin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşınmadan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir.
Anar. "Muğamın əbədiliyi". Xalq yazıçısı Anardan milli-mədəni dəyərimiz sayılan muğamların sirri barədə maraqlı kulturoloji esse. Xeyrəddin Qoca. "Heç nə əbədi deyil, bircə sənətdən başqa..."