Kitab istedadlı müəllifin eyniadlı povesti və mətbuatda işıq üzü görmüş məqalələri verilib. Bu bədii və publisitik yazılar ədəbiyyatsevərlərin diqqətini cəlb edəcək.
Məhsuldar şair, peşəkar hüquqşünas, tanınmış düşüncə adamı Ədalət Əroğlunun yaradıcılığında Qarabağ, vətən harayı poetik-bədii rənglərlə verilir. Qələmə aldığı lirik-poetik mövzular oxucu qəlbinə tez yol tapır. Bu topludada müəllifin vətənpərvərlik və lirik şeirləri toplanıb.
Faiq Səfərov (Balabəyli), Elnur Nəhmət və Kəmalə Səfərova. Kitabda I Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın suverenliyi uğrunda gedən döyüşlərdə,Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.
Orxan Aras. "Avropada Azərbaycan..." Bədii nəsr və ədəbi publisitik əsərlər toplusu. Almaniyada yaşayıb-yaradan, əslən Türkiyə Cümhuriyyətindən - Anadolu torpağı, İqdırdan olan azərbaycanəsilli yazıçı-alimin elektron kitabı.
Oqtay Əliyev və Nurəddin Abbasov. "Heydər Əliyev və Milli Qəhrəmanlar - Müqəddəs amal". Publisitik-kütləvi vətənpərvərlik kitabı. Kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Milli Qəhrəman adına layiq görülənlərin ailələri, yaşayan Milli Qəhrəmanlar və onlara göstərilən dövlət qayğısından bəhs olunur.
Oğuz Özdem. "Anne N’olur Artık Ağlama!". Türkçe. Oğuz Özdəm. "Ana, nə olar, ağlama!". Ədəbi-bədii nəsr kitabı. Türk dilində. Nevşehir, mart 2017-ci il nəşri.
Orxan Bahadırsoy. "Terror" - İki hissəli faciə. Pyes. "Terror" iki hissəli teatr əsəri ayrı-ayrı zamanlarda və ayrı-ayrı məkanlarda terror qurbanı olmuş müxtəlif insanların taleyindən bəhs edir. Hadisələr terrorda ayaqlarının hərəkət qabiliyyətini itirmiş bilikli və istedadlı bir Gənc Oğlanın, həmin terrorda anasını itirən gənc Aktrisanın, başqa bir terror hadisəsində bətnindəki körpəsini itirən Jurnalist qadının və bu terror hadisələrinin qurbanı olan Modelyer, Astrofizik, Həkim və Səfil kimi başqa adamların taleyi üzərindən cərəyan edir.
Orxan Bahadırsoy. "Madmuazel Şanel". İki hissəli dram. Gənc dramaturq-nasir O.Bahadırsoyun bu ikihissəli tarixi pyesi məşhur fransız modelyer Koko Şanelin həyatından bəhs edir...
Oşo. "Zəka" - Oşo. "Zeka". Türk dilində. Hind müdrikinin düşüncələri. Zeka hayatın özünde vardır... Zeka hayatın doğal bir niteliğidir. Tıpkı ateşin sıcak olması... Ve havanın görünmez olması... Ve suyun aşağı doğru akması gibi... Hayat da zekidir...