Yeni poetik topluda tanınmış şairə-alim Firuzə Məmmədlinin son illərdə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərin əksər hissəsi ilk dəfədir ki, nəşr olunur.
Şirin xanım Kərimbəyli Şadiman. "Ömür yükü". Poetik toplu. Şirin xanım Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığı təkcə Vətən məhdudiyyətində qalmır. O, öz ürəklər fəth edən yaradıcılığı ilə çoxdan Azərbaycan sərhədlərini aşıb. Dünyanın harasında bir ağrı-acı varsa, Şirin xanımın ilhamlı qələmi orda olur və o ağrıları nəzmə çəkir. Şair istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə oxucu ürəyini riqqətə gətirən sənətkardır.
Məlahət Hümmətqızı. "Qız anası". Povest və hekayələr kitabı. Bu nəşr Məlahət Hümmətqızının sayca üçüncü və ilk nəsr kitabıdır. Kitaba daxil edilmiş povest və hekayələrin əsas mövzusu qadın taleyidir.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Onuncu cild. Poeziya və elmi-bədii əsərlər kitabı. Yeni e-kitaba görkəmli şairə-publisist, filoloq alim Firuzə xanım Məmmədlinin son illər yazdığı poetik və elmi-publisitik əsərləri daxil edilib.
Etibar Vəliyev. "Ürəyimdə döyünən Vətən". Poetik toplu. Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, istedadlı şair-publisit E.Vəliyevin lirik-fəlsəfi şeirlərindən ibarət kitabı.
Şirin xanım Kərimbəyli Şadiman. "Kiminə acı dünya, kiminə tacı dünya". İstedadlı və məhsuldar şairənin növbəti kitabında yaradacılığının müxtəlif istiqamətlərini əks etdirən şeirləri toplanıb.
Rövşən Yerfi. "Yerfi silsiləsi". Kiçik esselər. Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın cəza evi haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmış Rövşən Yerfinin bu kitabı düşünməyi sevənlər üçündür. Kitaba müxtəlif mövzularda yazılan 51 kiçik esse, 21 mənsur şeir və bir neçə şeir toplanıb.
Şirin xanım Kərimbəyli Şadiman. "Ağıla bəhər dünya, ürəyə qəhər dünya". İstedadlı şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan imza sahibinin 2006-ci ildə işıq üzü görmüş ictimai-lirik şeirlərdən ibarət poetik kitabı.
Zaur Ustac. "Əliş və anna" (Poema). Poema görkəmli memar şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.
Zaur Ustac. "Məhdud həyatın məchul düşüncələri". Elektron Kitab Zaur Ustac yaradıcılığının "30" illik yubley tədbirləri çərçivəsində nəşr olunur. Bu e-nəşr Zaur Ustac yaradıcılığının "30" illik yubleyi ilə bağlı hazırlnıb. E-kitab müəllifin ənənəvi qaydada 2011-ci ildə nəşr olunmuş eyni adlı kitabının elektron variantıdır. Kitabda şairin 1995 - 2002-ci illərdə qələmə aldığı şeirlər yer almışdır.