
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan poeziyası" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 27 (55 - 2016)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi: http://www.azyb.az
YYSQ - http://www.yysq.org
QALİB YAĞLIVƏNDLİ
“TANRI ELÇİLƏRİ, HAQQIN YOLÇULARI”
Şeirlər və Poemalar
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Bаkı, YYSQ – 2016
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
Müəllifin başqa e-kitabı:
http://kitabxana.net/?oper=readBook&id=1657
Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.
Qalib Yağlıvəndli (Məmmədov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.
Yaradıcılığının bütün mərhələlərində Tanrıya, Vətənə, valideynlərinə, əzizlərinə olan sevgisini ifadə etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. Həmçinin peyğəmbərlərin missiyalarının nədən ibarət olduğunu orijinal dildə ifadə etməyə çalışmışdır. "Qurani - Kərim"in ümumi məzmununu surə - surə nəzm edərək ondan faydalanmağın sirlərini aşkar etmişdir. Bu kitabda yer almış bədii yaradıcılıq nümunələri şairin Yaradana sevgi və minnətdarlığının göstəricisidir.
İki "Sənli arzularım" (2010) və "Bir qibləm Kəbədir, bir qibləm sənsən" (2011) şeirlər kitabının müəllifi bu əsərini özünün "Şah əsəri" adlandırır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.