Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Hacı İsmayıl bəy Qutqaşınlı. "Əsərləri”. XIX əsr Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından birinin “Rəşid bəy və Səadət xanım” hekayəsi, “Səfərnamə” yol qeydləri, məktubları, həyat və yaradıcılıq yolunu işıqlandıran məqalələri.

İsmayıl bəy Qutqaşınlı

(müəllif)

Qısa Təsvir:

Hacı İsmayıl bəy Qutqaşınlı. "Əsərləri”. XIX yüzil Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından biri, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlının (1809-1861) ədəbi irsinin çox az qismi bizə gəlib çatmışdır. Azərbaycan oxucusu onu əsasən “Rəşid bəy və Səadət xanım” hekayəsinə və “Səfərnamə” yol qeydlərinə görə tanıyır. Bu kitaba Qutqaşınlının məktubları, həyat və yaradıcılıq yolunu işıqlandıran məqalələri də daxil edilib.


Baxış sayı: 4251
    
    


    
Aşıq Bəsti. “Bənövşələr”. Toplayanı, tərtib edəni: Sədnik Paşa Pirusltanlı. Kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış el şairi Aşıq Bəstinin şeirləri toplanıb, həyat və yaradıcılığını əhatə edən yazılar verilib.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Aşıq Bəsti. “Bənövşələr” . II  nəşr. Toplayanı və tərtib edəni: Sədnik Paşa Pirusltanlı, filologiya elmləri doktoru, professor. Kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış el şairi Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir. Burada, eyni zamanda professor Sədnik Paşa Pirsultanlı toplayıcı və tərtibçi kimi Aşıq Bəstinin ədəbi irsinə və yeni toplanmış şeirlərinə nəzəri münasibət bildirmişdir. Həmçinin, Aşıq Bəstinin nəsil şəcərəsi ilə bağlı oxucular sənətkarın yaxın qohumları ilə tanış edilmişdir. “Bənövşələr”  kitabının ikinci nəşrində kitaba yazılmış müqəddimə yenidən nəzərdən keçirilmiş, genişləndirilmiş, eyni zamanda, kitabın ümumi görkəminə və bədii-estetik gözəlliyinə xüsusi diqqət yetirilmişdir.


Baxış sayı: 2837
    
    


    
"Seçilmis əsərləri". Beş cilddə. II cild. Bu poetik topluya xalq yazıçısının 1938-1955-ci illərdə qələmə aldığı müxtəlif səpkili şeirlər toplanmışdır.

Səməd Vurğun

(müəllif)

Qısa Təsvir:

Səməd Vurğun. Seçilmis əsrləri. Bes cilddə. II cild. "Seçilmis əsərləri"nin bu cildinə ilhamlı sairin 1938-1955-ci illərdə yazdıgı seirələr toplanmısdır. Bu gerçək poeziya nümunələri sovet hakimiyyəti dövründə həqiqi istedadın həmisə qarsılasa bildiyi böyük çətinliklərin uğurlu bədii həllinin birər örnəkləridir. Həmin seirlərin hər birində Vurğun eyni vaxtda üç qatda - Azərbaycan, Dünya və Tarix adlı üç məkanda yasayan filosofdur.


Baxış sayı: 3471
    
    


    
Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi tanınan şairin kitabına qəzəlləri toplanmışdır.

Sona Xəyal

(müəllif)

Qısa Təsvir:

Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi  tanınan Mirzə Əbdülxalıq Yusifin "Diriltdi aləmi eşqin nidası" adlı şeirlər kitabı (2002) və şair haqqında "Mirzə Əbdülxalıq Yusif" adlı monoqrafiyamız (2000) nəşr olunub oxuculara çatdırılmışdır. Şairin bu kitabında isə yalnız çap olunan və çap olunmayan qəzəlləri toplanmışdır. 


Baxış sayı: 3156
    
    


    
"Seçilmiş əsərləri". İki cilddə. II cild. Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun "Seçilmiş əsərləri"nin bu cildində görkəmli nasirin "Mehman" povesti təqdim olunur.

Süleyman Rəhimov

(müəllif)

Qısa Təsvir:

Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun "Seçilmiş əsərləri"nin bu cildində görkəmli nasirin "Mehman" povesti təqdim olunur. Ədib onu 1944-cü ildə qələmə almışdır. Realist-psixoloji üslubda yazılmış əsərdə bölgə prokurorunun həyat və mübarizəsi təsvir olunur. Qanunun aliliyi uğrunda mübarizə - povestin əsas ideyası kimi müəyyən edilə bilər.


Baxış sayı: 4069
    
    


    
"Seçilmiş əsərləri". İki cilddə. I cild. Kitabda toplanan əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə zəngin təsəvvürünü nümayiş etdirir.

Süleyman Rəhimov

(müəllif)

Qısa Təsvir:

Süleyman Rəhimov. "Seçilmiş əsərləri". İki cilddə. I cild. Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir. Xalq yazıçısı Süleyman Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. Bu kitaba müəllifin povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən seçmələr daxil edilmişdir. Maraqlı lövhələr dolu bu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir...


Baxış sayı: 3441
    
    


    
"Əsərləri" Kitaba böyük el sənətkarı aşıq Alının ictimai-əxlaqı, mənəvi-psixoloji mündəricəli əsərləri - gəraylıları, qoşmaları, divaniləri, təcnisləri, habelə ona həsr olunmuş üç rəvayət - dastan daxil edilmişdir. "Aşıq sənəti..."

Aşıq Alı

(müəllif)

Qısa Təsvir:

Aşıq Alı. "Əsərləri".  Kitaba böyük el sənətkarı aşıq Alının ictimai-əxlaqı, mənəvi-psixoloji mündəricəli əsərləri - gəraylıları, qoşmaları, divaniləri, təcnisləri, habelə ona həsr olunmuş üç rəvayət - dastan daxil edilmişdir. "Aşıq sənəti haqqında" (məqalə).


Baxış sayı: 3387
    
    


    
"33 qəzəl". XIX əsr Azərbaycan ədəbiyyatının xanım nümayəndəsindən könülağrıdan qəzəllər - lirik, kədərli, həyati, fəlsəfi şeirlər... Kitab 1981-ci ildə "Gənclik"nəşriyyatında nəşr olunub...

Xurşidbanu Natəvan

(müəllif)

Qısa Təsvir:

Xurşidbanu Natəvan. "33 qəzəl". XIX əsr Azərbaycan ədəbiyyatının xanım nümayəndəsindən könülağrıdan qəzəllər - lirik, kədərli, həyati, fəlsəfi şeirlər... Kitab 1981-ci ildə "Gənclik"nəşriyyatında nəşr olunub...


Baxış sayı: 4071
    
    


    
"XVII əsr Azərbaycan lirikası" (Antologiya). Milli şerimizin zəngin dövrünü əhatə edən bu poetik kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşridir.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

"XVII əsr Azərbaycan lirikası" (Antologiya). Milli şerimizin zəngin dövrünü əhatə edən bu poetik kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşridir.


Baxış sayı: 3387
    
    


    
"Seçilmiş əsərləri". XIX əsrin tanınmış Azərbaycan intellektual ədibinin yaradıcılığının poeziya, nəsr və elmi publisistika qollarını əhatə edən kitab....

Abbasqulu ağa Bakıxanov (Qüdsi)

(müəllif)

Qısa Təsvir:

"Seçilmiş əsərləri". XIX əsrin tanınmış Azərbaycan intellektual ədibinin yaradıcılığının poeziya, nəsr və elmi publisistika qollarını əhatə edən kitab....


Baxış sayı: 4671
    
    


    
"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, sufi şerimizin son yaradanlarından birinin seçilmiş əsərləri

Mirzə Əli Möcüz

(müəllif)

Qısa Təsvir:

"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, sufi şerimizin son yaradanlarından birinin seçilmiş əsərləri


Baxış sayı: 3978
    
    


    
"İbrahim bəyin səyahətnaməsi: və ya təəssübkeşliyin bəlası". Bədii nəsr tariximizdə realist roman janrının ilk nümunəsi. E-kitab N 34

Zeynalabdin Marağayi

(müəllif)

Qısa Təsvir:

 Demokratik bədii nəsr tariximizə realist roman janrının ilk nümunələrindən biri kimi daxil olmuş Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı İranda, o cümlədən Güney Azərbaycanda baş vermiş 1905-1911-ci illər inqilabının zehni zəmininin hazırlanmasında çox qiymətli bədii salnamədir.


Baxış sayı: 4954