"Əyyub və Sənəm". Dastan. Toplayanı: Cəmilə Çiçək (İsbəndiyarova). Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan xalq ədəbiyyatı" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 20 (01 - 2016)
Topluda klassik və çağdaş aşıqların, saz şairlərinin (habelə bir sıra digər ünlü şairimizin) şeirləri verilmişdir. Növbəti cildlərində bütün Türk Dünyası üzrə aşıq və saz şairlərinin əhatə edilməsi nəzərdə tutulan üçcildliyin I cildində Azərbaycanla yanaşı Anadolu sənətçiləri də yer alıb. "Seçmə aşıq şeirləri"ndə türk aşıq şeirinin tarixi gəlişimini ünlü isimlərin yaradıcılığı misalında xronoloji ardıcıllıqla izləmək mümkündür. Çağdaş türkcəmizə uyğunlaşdırılması tələb olunan mətnlərdə orijinal halın mümkün olduqca qorunmasına çalışılıb. Kitabın yeni nəsil aşıqları, aşıq sənətinə yeni başlayan gənclər, ümumən saz-söz maraqlıları üçün diqqətçəkici olacağına inanırıq.
"Bəxtiyarnamə". Qədim Şərq və Azərbaycan ədəbiyyatında ən çox yayılmış mövzuda xalq dastanı. Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşri...
"Azərbaycan folkloru". Məktəblilər və uşaqlar üçün seçmələr... Antologiyada elin söz yaddaşından nümunələr - bayatı, tapmaca, nağıl və başqa janrlarda folklor məhsulları daxil edilib...
"Azərbaycan xalq ədəbiyyatından seçmələr". Qədimlərdən gələn qaravəllilər, xalq tamaşaları, oyunlarımız... Balacalarımıza, eləcə də Dünyanın 50 milyonluq Azərbaycanlılarına hər iki - Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə portalın hədiyyə-təbriki...
"Azərbaycan folklor Antologiyası" (XVI kitab). "Ağdaş folkloru" cildi... AMEA Folklor İnstitutunun rəsmi nəşri. Bu kitabda Azərbaycan qədim yaşayış məskənlərindən sayılan Ağdaş bölgəsinin şifahi xalq ədəbiyyatı - folklor nümunələri toplanıb...
"Əfsanələr, əsatirlər və rəvayətlər". Azərbaycan əxalqının mifoloji düşüncəsinin ən qədim formaları sayılan əsatirlər, əfsanələr və rəvayətlər indi də maraqla oxunur. Bəzən qədim tariximizin kodlaşdırılmış izlərini də onlarda tapmaq mümkündür. Əsərlərdə dialekt və şivələrin koloriti qorunub saxlanılıb.
Bayatı Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış janrlarından biridir. Bəzən bu janrda yaradılmış ədəbi-poetik məhsullara şifrələnmiş tarix və bilgi də deyirlər...
"Qarabağ folkloru". "Azərbaycan folklor antologiyası", V cildi. Millətin qan-söz yaddaşı ilə yaxından tanış olaq ki, babalarımızın-nənələrimizin ruhu şad olsun...