Əlikram Tağıyev, Dilqəm İsmayılov. "İlk həqiqi liberal və müasir siyasi fəlsəfəninatası Con Lokk". Fəlsəfə tarixinin ən maraqlı səhifələri və filosoflarından birihaqqında azərbaycanca monoqrafik tədqiqat əsəri.
"Totalitarizmin metamorfozası". Sərdar Cəlaloğlunun eyniadlı araşdırma kitabında keçmiş SSRİ respublikasında baş verən mürəkkəm ictimai-siyasi hadisələrə nəzər salınır, bir çox hallarda mübahisə doğuran fikirlər irəli sürülür...
HüseynağaQəniyev. “Zəkavəxarakter”. Tarixi-fəlsəfi esselər toplusu. İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusuna müəllifin “Zəka və xarakter”, “Nəfs haqqında”, “Fikirazadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman və məkan”, “Platonun “səhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya və inqilablar haqqında”fəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop Çesterfildin “Maksimlər”i, ingilis filosofu Frensis Bekonun “Təcrübələr və mənəvi siyasi nəsihətlər”inin tərcümələri daxil edilib.
Fəlsəfə, mistika, siyasət və ədəbiyyat (e-Toplu N 1). Bertrand Russel - Mistisizm və məntiq. David Leman-Qadın kişini sevəndə... Umberto Eko - Bu çılğın, çılğın dünya... Stiv Qudər.. Bir stəkan süd... Jan Pol Sartrın aforizmləri... Milan Kundera - Roman sənəti və nəslin davamı... Çarlz Bukovski - Marixuana ilə təhlükəli oyun... Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası
"Əbu Turxanın hikmət dünyası". Kitabda "Əbu Turxanın hikmət dünyası" adı altında min illərin sınağından çıxmış və bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
"Pifaqorun ünlü deyimləri"... Pifaqoru çoxumuz bir riyaziyyatçı olaraq tanıyırıq, özlüyündə isə o, fəlsəfənin ilk yaradıcılarından biri olmuşdur. Bu kitabçada onun aforizmləri verilib. Ruscadan tərcümə: Araz Gündüz.
Səlahəddin Xəlilov. "Elm haqqında elm". Kitabda elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına dair tədqiqatlara ümumi nəzər salınır, habelə "elm haqqında elm", "elmşünaslıq" adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə alınmaqla, elmə yeni baxış bucağından qiymət verilir.
"Zərdüşt belə dedi". Nitşe bu əsəri ilə Şərqə üz çevirib dünya sivilizasiyasının başlanğıcının Azərbaycanda - Midiya, Urmiya gölü ətrafından başlandığı barədə şifrə verdi bəşəriyyətə... Eləcə də barəsində məqalə və azərbaycanca aforizmləri...
"Fəlsəfə". Ali məktəblər üçün dərslik. Tanınmış müəllifin elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasıdır. Ağayar Şükürov keçid dövründə Azərbaycanın ali məktəbləri üçün yeni dərslik və dərs vəsaitləri yazması ilə tanınırdı. A.Şükürovun elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasından ibarət olmuşdur.