Aqşin Mistanlı. "Cənub bölgəsinin abidələr ensiklopediyası". Tarixi-ensiklopedik məlumat kitabı. Məhsuldar araşdırmaçı Aqşin Mistanlı cənub bölgəsinə daxil olan rayonların ərazisində yerləşən tarixi-etnoqrafik abidələri elmi xususiyyətləri saxlamaq şərtilə, sənədli ocerk janrından istifadə etməklə, oxucuya təqdim etmişdir. Burada, müəllif cənub bölgəsində yerləşən arxeoloji, memarlıq, ölkə və yerli əhəmiyyətli abidələri bir-bir araşdırmış və bu kitabda oxucuya təqdim etmişdir.
"Azərbaycan multikulturalizmi". Elmi-kulturoloji məqalələr toplusu. Nəşrə hazırlayanı, redaktoru: Aydın Xan (Əbilov). Topluda Azərbaycan və dünya intellektuallarının elmi-intellektual fikirləri, məqalələri, çıxışları, habelə Beynəlxalq Bakı Humanitar Forumunun materialları yer alıb. Multikulturalizm, dünya sivilizasiyası, mədəniyyətlərin dialoqu, bəşəriyyəti narahat edən ümumi, qlobal və milli problemlər haqqında planetar düşüncəli alimlərin, elm, sənət, mədəniyyət adamlarının, siyasətçilərin fikirləri maraqla qarşılanacağına inanırıq...
Mahatma Qandi. "Bütün insanlar qardaşdır". YUNESKO-nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirilib. Bu iclasda qərara alınıb ki, M.Qandinin fəlsəfi-bəşəri görüşlərini əks etdirən belə bir kitab hazırlanıb yayımlansın.
"Yolon sıxan" (Tolışi dədə-bobo sıxanon iyən məsəlon). "Atalar sözləri" (Talış atalar sözləri və məsəlləri). Ayrı-ayrı müəlliflərin uzun illər çəkdiyi zəhmətin bəhrəsi olan, yenidən işlənmiş və təkmilləşdirilmiş bu kitaba Talış atalar sözləri və məsəlləri, habelə bəzi tapmacalar, yanıltmaclar və alqışlar daxildir.
სურათი გარეკანზე (ცასა და მიწას შორის) ნაზიმ შახი. "Çağdaş Azərbaycan poeziyası" Gürcü dilində. kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb. Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.
Aleksandr Düma (Ata). "Qafqaz". Aleksandr Dümanın "Qafqaz" əsəri Qafqazın tarixi, coğrafiyası, onun qoynunu özünə məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır. Əfsanəyə görə, "bəşəriyyətin beşiyi" adlandırılan Qafqazı Avropaya tanıtmaq məqsədilə onu qarış-qarış gəzən yazıçı Bakıda, Şamaxıda, Şəkidə olmuş və əsərin böyük hissəsini Azərbaycana həsr etmişdir.
"Lənkəran: ensiklopedik məlumat". Azərbaycanımızın dilbər guşəsi haqqında müxtəsər ensiklopediya. Müəlliflər: Mirhaşım Talışlı, Etibar Əhədov. Bu ensiklopedik kitab Lənkəranın tarixini, etnoqrafisayını, ziyalılarını, tanınmış adamlarını, mətbəxini, yaşayış məntəqələrini, bir sözlə, bütün sahələrini əhatə edən bir nəşrdir.
Jamila Hasanzadeh, Agaselim Efendiyev. "Four century of glory: Azerbaijan miniature painting of XIII-XVI centuries". C.Həsənzadə, A.Əfəndiyev. "Dörd əsrin şöhrəti. XIII-XVI əsr Azərbaycan miniatür sənəti". İnciliscə.
Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Əsərdə orta əsrlərdə Azərbaycan mədəniyyətinin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, milli mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır. Orta əsrlərin Azərbaycan mədəniyyət faktları dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji prosesləri kontekstində tədqiq olunur.
Təranə Abdullayeva. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri (XX əsrin əvvəlləri). Kitabda XX əsrin əvvəlləri mədəni fikriimizdəki qərbçilik meyilləri dövrün mətbuatda çap olunmuş, orijinal ədəbi-publisistik əsərlər əsasında tədqiq olunur.
Bakı Beynəlxalq Humanitar Forum-2013 (2). Materialları. Baku International Humanitarian Forum - 2013 (2). Materials of the Forum. Бакинский международный гуманитарный Форум - 2013 (2). Материалы Форума
Bakı Beynəlxalq Humanitar Forum-2013. Materialları. Baku International Humanitarian Forum - 2013. Materials of the Forum. Бакинский международный гуманитарный Форум - 2013. Материалы Форума