Səfəvi tarixinə dair Venesiya Dövlət Arxivi və Marçiana Milli Kitabxanasında saxlanılan sənədlərin kataloqu. Kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Venesiyada yerləşən Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv sənədi haqqında məlumat verilmiş və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət kəsb edən hissələr transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil edilmişdir.
Aqşin Əliyev. "Bəhramnamə". I Hissə. "Babər qalası". Tarixi-bədii roman. Kitabda ərəblərin İran, Əfqanıstan, Tacikistan, Azərbaycan və Taleşana yürüşü əks olunub. “Bəhramnamə” kitabında, adından da göründüyü kimi, o dövrdə Sasanilər imperiyasının ərazilərindən biri olan Taleşanın Babər qalasının hakimi Bəhram Fərruxzadın azadlıq mübarizəsi əks olunmuşdur.
Leyla Məcidova. "Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti". Elmi monoqrafiya. Cavan və istedadlı tarixçi-alim L.Məcidovanın dəyərli kitabında XIX əsrin sonları, XX əsrin əvvəllərində cənub bölgəmizin tarixinə intellektual baxışları sərgilənir.
Məsiağa Məhəmmədi. "Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə." Elmi-sənədli kitab. Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur..
Mehman Süleymanov. "Nuri Paşa və silahdaşları". 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda başladılan mücadilə hərəkatında , qədim və gözəl Bakı şəhərinin, Şərqin mədəni, ictimai-siyasi mərkəzlərindən biri olan Bakının birləşmiş düşmən qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və bu ordunun komandanı Nuru Paşanın böyük xidmətləri olub. Bu kitabda böyük sərkərdənin və onun silahdaşlarının keçdiyi şərəfli yol öz əksini tapıb.
Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma. Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.
Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. "Təkmilətül-Əxbar" (Səfəvi dövrü - Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi). AZƏRBAYCAN tarixinə dair mənbələr...
İ.V.Stalin. "SSRİ-də sosializmin iqtisadi problemləri..." J.V. STALİN. SSCB’DE SOSYALİZMİN EKONOMİK PROBLEMLERİ Türk dilində... Bu kitap Verlag Roter morgen GmbH Dortmund tarafından 1979 yılında J.V. Stalin Werke Band 15 adıyla yayınlanan 3. düzeltilmis baskısından Türkçe’ye çevrilmistir. Çeviren: Salih N. Kaya Red: İsmail Yarkın
Akademik Ramiz Mehdiyev. "Tarixi idrakın elmiliyi problemlərinə dair..." "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi". Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin iki məqaləsini təqdim edirik..
Aslan İsmayılov. "Sumgayıt - SSCB'nin Çöküşünün başlangıcı". Türkcə. Türkiye Türkçesine Aktaran: Yrd. Doç. Dr. Elmira Memmedova. 27-29 Şubat 1988 tarihlerinde Azerbaycan’ın Sumgayıt kentinde eski SSCB yönetiminin desteğiyle Ermeni terör grubu tarafından yapılan kanlı sabotaj olaylarına ilişkin soruşturmalarda cumhuriyet savcısı sıfatıyla yer alan kitap.