Xorxe Luis Borxes. "Dante haqqında doqquz esse". Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır.
Qabriel Qarsia Markes. "Yüz ilin tənhalığı". Dünya ədəbiyyatının görkəmli nümayəndəsindən türk dilinə tərcümə olunmuş ən oxunaqlı romanlardan - şah əsərlərdən biri. Nobel mükafatı yazıçılarının yaradıcılığı seriyasından...
Xulio Kortasar. "Xana-xana oyunu". Roman. Dünyaşöhrətli Latın Amerikası yazıçısından maraqlı bir modern bədii nəsr nümunəsi. “Orijinaldan, bədii-filoloji tərcümələr” N 10. Azərbaycanca çevirəni: Nadir Qocabəyli.
Paulo Coelho. "Şeytan ve genç kadın" (türkçe) - Paulo Koelyo "Şeytan və gənc qadın" (türk dilində). Braziliyanın dünyaşöhrətli yazıçısının növbəti məşhur romanını təqdim edirik...
Xorxe Luis Borxes. "Hər şey və heç nə". Hekayələr və esselər, sənət-estetik müsahibələri... Bakı, 2011. YYSQ və www.kitabxana.net - Milli Virtual Kitabxananın elektron nəşri N 74. QEYD: Kitabın hər hansı formada yayımı, çoxaldılması, istifadəsi qəti qadağandır, müəllif haqları mütərcimlər və kitabı rəqəmsal hazırlayanlardadır...
Mario Varqas Lyosa. "Baba". (Hekayə). "Katoblepas". («Gənc yazıçıya məktublar»dan)... Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı? Müsahibə
2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı Mario Varqas Lyosaya verildi... Barəsində maraqlı yazılar. Rusca roman və pyesi: "Кто убил Паломино Молеро?"
Latın Amerikası ədəbiyyatından seçmələr: azəricə. Qabriel Qarsia Markes. "Məhəbbət əvəzinə ölüm labüdlüyü" (Hekayə). Xuan Rulfo. "Luvina" (Hekayə).Xorxe Luis Borxes: "Dil estetik amildir və minlərlə insanın əsəridir" (Müsahibə).