Dərslikdə - kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.
Görkəmli filoloq alimin qardaş Türkiyədə işıq üzü görmüş bu monoqrafiya-kitabı klassik qazax şairi, nasiri Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanmışdır.
Yusif bəy Akçuralı. "Türkçülüyün tarixi". Türk Dünyasının tanınmış mütəfəkkirinin azərbaycanca ilk kitabı. Tərcümə edən və ön sözün müəllifi: Aybəniz Kəngərli
Prof. Dr. Mustafa İsen. "Təzkirədən Bioqrafiyaya" əsəri və seçilmiş məqalələri... Həyatını və yaradıcılığını türk xalqlarının ədəbiyyat tarixinə həsr etmiş alimin elmi-filoloji yaradıcılığı. Uyğunlaşdıran: Narıngül.
"Türk xalqları ədəbiyyatı". Dərslik formasında hazırlanmış bu kitab-antologiyada Türk dünyasının ədəbiyyatı əhatələnir, Türkiyə türkü, özbək, türkmən, qazax, tatar və başqa xalqların milli söz sənəti mərhələlərlə təqdim edilir...
"Türk xalqları ədəbiyyatı" - Türkiyə, türkmən, özbək, qazax, qırğız, tatar ədəbiyyatının görkəmli simalarının yaradıcılıq nümunələri əsasında hazırlanmış dəyərli tədqiqat əsəri...