Səadət Fərziyeva. "Azərbaycanın Cənub-Şərq bölgəsinin «Halay» rəqs-mahnıları." Dərs vəsaiti. Ciddi tədqiqatçı əməyinin məhsulu olan bu dərs vəsaitində müəllif Azərbaycanın Cənub bölgəsində yaşayan talışların tarixi, onların mədəniyyəti və ən əsas da musuqi folklorumuzun zənginləşməsində mühüm bir rol oynayan «Halay» rəqs mahnılarından söhbət açır. Müəllif Fərziyeva Səadət İbrahim qızı öz dərs vəsaitində 2007-ci ildə Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə aparılan tədqiqat işini geniş təsvir edir. Musiqi - ekspedisiyası zamanı toplanan materiallara , öz müşahidələrinə istinad edərək, onların nəinki tarixi baxımından, eləcə də etimologiyasını açıqlamağa çalışmışdır.
A.A.Əlizadə, E.M.Səmədov. "İslam. Tarix, fəlsəfə və hüquq. Ensiklopedik lüğət. Ensiklopedik lüğətdə kəlam, fəlsəfə, hədis, təfsir və digər İslami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilmişdir.
Ağami Bağırlı. "Zuhunmuniş hi... Duhunmuniş hi..." - "Dilimiz də... Sözümüz də..." Dağ yəhudiləri - tat dilində. Poetik toplu: şeirlər, bayatılar, poema. Bu nəşr Ağami Bağırlının oxucularla ikinci poetik görüşüdür və müəllifin ana dlində - tat dilində qələmə alınıb.
İldırım Şükürzadə. "Lənkəran ziyarətgahları". Kulturoloji-dini araşdırma. Kitabda Lənkəran rayonunun 63 ziyarətgahı haqqında məlumat verilir. Şam və məşəl yandırılması, qurban kəsilməsi və digər dini ayinlərin icra edilməsi bütün ziyarətgahlara xas olduğu üçün kitabda ziyarətgahlar haqqında ayrı- ayrılıqda məlumat verərkən bu barədə qeydin verilməməsini məqbul hesab etdik.
Zəminə Xınalı. “Qəhrəman Həzi”. Bu poema hərbçi-şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. Əsər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları General-Mayoru Həzi Aslanovun əfsanəvi qəhrəmanlığına həsr olunmuşdur.
Etibar Kərimli. Şor qırağının rəngli yuxuları. Nəsr əsərləri: povest, hekayə və publisitik əsərlər toplusu. İstedadlı cavan nasirin bu e-kitabı "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində hazırlanıb.
"Лезги поэзиядин антология". "Ləzgi poeziya antologiyası". Ləzgi şairlərin iki dildə - ləzgicə və azərbaycanca şeirlər toplusu. Antologiyaya orta əsrlərdən üzübəri yazıb-yaratmış ləzgi şairlərinin əsərləri daxildir.
"İmam Əlinin qısa kəlamları". Azərbaycancaya tərcümə və şərhlər: Qazi Hacı Mirəziz Seyidzadə. "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 06
Miraziz Seyidzade. "Door of knowledge". Qazi Hacı Mirəziz Seyidzadə. "Elmin qapısı". The book comprises lifetime facts of Imam Ali (A.S.), his period of Imamate, his gazavats, nobilities, his wise sayings and letters to separate governors and decrees the Imam issued.
Leyla Məcidova. "Lənkəran qəzasının iqtisadi-sosial vəziyyəti" (XIX əsrin sonları- XX əsrin əvvəlləri). Elmi-kulturoloji araşdırma. Kitabda XIX əsrin sonu XX əsrin əvvəllərində Lənkəran qəzasının sosial-iqtisadi vəziyyətini araşdırmaq, bu dövrdə əhalinin etnik-dini tərkibini müəyyən etmək, bölgədə inkişaf etməkdə olan sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf dinamikasını izləilir.
Асиф Гаджиев. "Коран в русской литературе". Asif Hacılı. "Qurani-Kərim rus ədəbiyyatında". В книге рассматриваются история формирования исламского текста русской литературы, своебразие исполь зо вания коранических мотивов в творчестве классических и современных русских писателей, значение исламских цен нос тей в русской философско-эстетической мысли. Kitabda rus ədəbiyyatında İslam motivlərinin formalaşması tarixi, klassik və çağdaş rus yazıçılarının yaradıcılığında Quran mövzusu, İslami dəyərlərin rus fəlsəfi-estetik fikrindəki əhəmiyyəti şərh olunur.