Xorxe Luis Borxes. "Dante haqqında doqquz esse". Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır.
"Mahabbarata". "Bhagavad Gita". Azərbaycanca. "Bhagavad Gita" dünyanın - qədim Hindistan ən böyük eposu sayılan "Mahabbarata"nın on səkkiz bölümündən biri, həm də bu unikal mədəniyyət-ruhi əsərin əsas kitabı. II - Təkmilləşdirilmiş və genişləndirilmiş nəşri...
Rövşən Yerfi. “Qazamat “sanitar”ları”. Povestlər. Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. “Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla tanış olduqca bir-biri ilə sərt təzadları olan təbəqələr arasında həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdıracaqdır. Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” povesti də əlavə olunmuşdur.
Şərafət Dağıstanlı. “Bağban, məni yaralama”. Şeir və poemalar. Orta nəsil istedadlı şairə-publisistin bu seçilmiş poetik toplusuna lirik şeriləri, dillərəzbəri nəğmə mətnləri, poemaları və müəllif haqqında yazılar daxil edilib...
"Əyyub və Sənəm". Dastan. Toplayanı: Cəmilə Çiçək (İsbəndiyarova). Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan xalq ədəbiyyatı" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 20 (01 - 2016)
Qəni Camalzadə. "Karxana". İstedadlı nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəni Camalzadənin "Karxana" kitabı işıq üzü görüb. Məlumata görə kitabda müəllifin "Karxana" romanı və hekayələri daxil edilib.
Xalid Hüseyni. "Min möhtəşəm Günəş"... Roman. Hara gedirsiniz gedin, vətəniniz arxanizca gəlir. Artiq siz orada yaşamasanız da o içinizdə yaşayar. Əfqanıstanın Xalid Hüseyni...
Şəbnəm Tofiqqızı. "Unudulmaz görüş". Pyes. "Unudulmaz görüş" əsərinin motivləri bütövlükdə Qarabağ müharibəsindən götürülmüşdür. Müəllif o ağrılı faciənin gənclərimizin həyatında törətdiyi fəsadlardan danışır və Qrabağ probleminin gənclərimizin çiynində böyük bir vəzifə olduğunu vurğulayır və bunu əsərin qəhrəmanı İlqarın dili ilə oxucuya çatdırır.
Məhərrəm Mustafa. "Yaralı tut ağacı". Seçilmiş hekayələri. Əslən Xaçmazdan olan yazıçının bu kitabında təqdim olunan hekayələr, Qarabağ və hərbi vətənpərvərlik mövzusundadır.
Camal Zeynaloğlu. "Baş tutmayan intihar". Hekayə və esselər. Bu kitab yazıçı-publisist Camal Zeynaloğlunun oxucuları ilə sayca on doqquzuncu görüşüdür.Oxucuların ixtiyarına verilən bu kitabda müəllifin son dövrlərdə qələmə aldığı insanları xeyirxah əməllər görməyə səsləyən və Qarabağ savaşına həsr etdiyi yeni hekayə və esseləri toplanmışdır.
Yusif Əhmədov. "Ələkeçməzlər - 3". Detektiv roman. Tanınmış yazıçı-publisistin son illərin ən aktual problemlərinə toxunulan məşhur detektiv romanının üçüncü hissəsi: Keçmiş MTN sirlərini faş edən kitab.
Mirzə İskəndərov. "İxtisaslanmış axtarış və SEO mətn". Bu kitab vasitəsi ilə siz, gələcəkdə hətta ən çətin suallara görə narahat olmayacaqsınız və axtarış sistemlərinin necə də əvəz olunmaz olduğunu daim təsdiqləyəcək, vaxtın dəyərli olduğunu hər kəsə deyəcəksiniz.