Azərbaycan alimlərinin müştərək qələmə aldıqları tarixi-filoloji kitab. "Böyük Azərbaycanın mütəffəkkiri Nizami" / "Büyük Azerbaycan mütefekkiri Nizami" monoqrafiyası qardaş Türkiyədə, türk və Azərbaycan dilində işıq üzü görüb.
Azərbaycan və İngilis dilində materialları verilmiş bu dəyərli kitabda Ömummilli Lider, Azərbaycan tarixinin görkəmli nümayəndəsi Heydər Əliyevin milli mədəni irsin böyük hamisi və dayağı kimi dünya oxucularına təqdim olunur. Milli kulturoloji proseslərin rəhbərliyinbdə duran Heydər Əliyev XX əsr tarixinin əsas görkəmli siması kimi göstərilir.
Elmi məqalələr toplusunda, Azərbaycan və rus dilində XX əsr peşəkar Avropa musiqisinin görkəmli nümayəndəsi Qara Qarayev və milli bəstıəarlıq məktəbimiz, musiqisi sənətinə həsr olunmuş elmi-kütləvi yazıları toplanıb. Milli incəsənətimizin müxtəlif sahələrinə həsr olunmuş bu yazıları kiçiksənət ensiklopediyası kimi də oxumaq mümkündür.
Şairə-publisit Südabə Sərvi tərəfindən çapa hazırlanmış bu topluda Azərbaycan yazıçılarının dünyaşöhrətli xalq artistimiz, görkəmli bəstəkar Qara Qarayev haqqında dəyərli fikirləri əks olunan məqalələri və bədii-poetik yazıları toplanıb
Музеи и театры Баку. Bakının muzey və teatrları. Rus dilində. Məlumatlandırıcı-kütləvi nəşrdə rusdilli oxucular və turistlər üçün paytaxtımızın sənət ocaqları haqqında geniş məlumatlar verilir.
Sədaqət Məmmədovanın “Mədəniyyətşünaslıq” kitabında fəlsəfə elminin müstəqil bir sahəsi kimi təqdim olunur. Kitabda mədəniyyətin formalaşma tarixinə nəzər salınır, dünya və Azərbaycan filosoflarının irsinə istinadən Azərbaycanda milli-mədəni şüurun formalaşması, mədəniyyət və sivilizasiya, dövlət və mədəniyyət, mədəniyyət və cəmiyyət problemlərinin ətraflı şərhi verilir.
Çağdaş Azərbaycan cəmiyyəti dövlət mədəniyyət siyasəti və mədəniyyətin ictimai institutları vasitəsilə əhalinin mədəni səviyyəsini yüksəldir, qabaqcıl ölkələrin mədəniyyətlərinin müsbət nailiyyətləri ilə sintezi şəklində inkişaf edir. Kitabda mədəniyyətimizdə bu müsbət dəyişikliklərin əmələ gəlməsi prosesini sürətləndirən kulturoloji proseslər araşdırılır.
ОЗАРБАЙЖОННИНГ МАДАНИЙ МЕРОСИ. КУЛЬТУРНОЕ НАСЛЕДИЕ АЗЕРБАЙДЖАНА. Azərbaycan mədəni sərvəti. Özbək və rus dilində Orta Asiyada tarixi qədimlərə gedib çıxan Azərbaycan milli mədəniyyətini təbliğ edən kitab.
İlqar Hüseynov və Nigar Əfəndiyevanın müştərək müəllifliyi ilə hazırlanan bu kitab xarici təcrübələrdən çıxış edərək şağdaş Azərbaycan mədəniyyətinin təbliğində nəzəri-təcrübi məsələlər mütəxəssislər üçün aydınlaşdırılır.
Гасымлы Муса Джафар оглы. Азербайджан в международных культурных связях: 1946-1990 гг. Musa Qasımlı. Azərbaycan Beynəlxalq mədəni münasibətlərdə: 1946-1990. Monoqrafiya-kitab Gürcüstanda rus dilində nəşr olunub.
Kitabda toplanan, milli mədəniyyət, adət-ənənələr, ədəbiyyatımız, kreativ-humanitar düşüncəmizə dair məqalələr uzun illərin, qızğın araşdırmaların bəhrəsidir. Müəllif yeməklərdən, deyimlərdən, gözəllikdən, xanımılardan, atributlardan, bayramlarımızdan, tarixi abidələrimizdən, dildən və s. yazır: çox maraqlıdır ki, heç zaman öz sahəsindən qırağa çıxmır, hər şeyə bir kulinar gözü ilə baxır...
Seçmə məqalələr toplusunda YYSİB sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun Azərbaycanın kulturoloji-mədəni xəritəsi, eləcə də dövlətimizin mədəniyyət siyasəti, Prezident İlham Əliyevin humanitar sahəyə qayğısı və başqa mövzular araşdırılır.