Azərbaycan dilində analoqu olmayuan bu dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki Şurasının 02 may 2021-ci il tarixli iclasının 5 saylı protokolu ilə təsdiq edilərək nəşr olunub.
Qurban Bayramov. "Vurğun poeziyası". Monoqrafik elmi-kütləvi kitab. Dahi Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə 1976-cı ildə kril qrafikalı əlifbada nəşr olunmuş bu kitab ədəbiyyatşünas alim, tənqidçi, professor Qurban Bayramovun anadan olmasının 75 illik yubiley tədbirləri çərçivəsində latın qrafikalı əlifbada - müəllifin yeni nəşrə şərhi və akademiyanın müxbir üzvü Tehran Əlişanoğlunun "Ön söz" məqaləsi ilə birlikdə yenidən nəşr olunur.
Sahib Hüseynov. Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərslik. Dərs vəsaiti Python proqramlaşdırma dilinin (PD-nin) elmi sahələrdə tətbiqinə həsr edilib. Kitabda Python dilinin, kitab tərtib edildiyi və nəşrə buraxıldığı zamanda, ən yeni və stabil olan versiyası istifadə edilib və bu versiyanın xüsusiyyətləri konkret nümunəvi məsələlərin həllində oxucunun nəzərinə çatdırılıb.
Zaur Ustac "Gülüzənin şeirləri". Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş "Məktəbə hazırlaşırıq" adlı metodik vəsaitə (I və II hissələr üzrə - Bakı - 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın "Gülüzənin şeirləri" ("Gülünün şeirləri", "Güllünün şeirləri") kitabı yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı - 2021, son nəşr) elektron variantı.
A.A.Solonitsina. “Peşə etikası və etiket”. Dərs vəsaiti. Kitab Peşə etikası və etiket fənni üzrə dərs vəsaiti kimi müəllifin üzün müddət oxuduğu mühazirələr əsasında hazırlanıb. Azərbaycan dilinə tərcümə edən: Xatirə Həsənova.
S.E.Məmmədov, T.O.Qəhrəmanov, S.E.Mirzəliyeva, N.T.Şəmilov. "Kolloid kimyadan praktikum". Bu kitab BDU və digər universitetin tələbələri üçün kolloid kimyadan praktikum kitabıdır.
Samid Quliyev və Etibar Vəliyev. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.
Qəzənfər Abbasov. “Mühasibat uçotu". Ali məktəb tələbələri üçün dərslik. Təqdim edilən dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında hazırlanmısdır. Kitab “Mühasibat uçotu və audit” kursunun proqramına uygun olaraq yazılmısdır.
Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. Toplu. Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilib.
Məsiağa Məhəmmədi. "Şəhriyar və zəmanəmiz". Kitaba tanınmış şərqşünas və tərcüməçi Məsiağa Məhəmmədinin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazılmış məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə (1207-1273) həsr edilmiş iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilmişdir. Kitab şərqşünas və ədəbiyyatşünaslara, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanır.