Bu kitabda Azərbaycan torpaqları uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Lerikli Cəbrayıl Atamalı oğlu Ağayevin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaətlər və onun haqqında ayrı-ayrı qələm adamlarının, yaxınlarının, dostlarının, döyüş yoldaşlarının fikirləri öz əksini tapmışdır. İnanırıq ki, bu kitab oxucuların maraq dairəsinə uyğun bir kitab olacaq.
İki hissəyə ayrılmış kitabın ilk bölümündə şairin məhəbbət mövzusundakı lirik şeirləri yer alıb: buradakı eşq, sevgi haqqında yeni deyimlər oxucu üçün təzədir. İkinci bölümdəki müxtəlif şeirlərlə tanış olan oxucular, eyni zamanda, "mənalar bağçası"nda təxəyyüllərinə estetik zövq qatacaqlar.
Azərbaycan dilində analoqu olmayuan bu dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki Şurasının 02 may 2021-ci il tarixli iclasının 5 saylı protokolu ilə təsdiq edilərək nəşr olunub.
Əslən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsindən olan Əfqanıstanda, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmışlar, eləcə də qazilər və qəhrəmanlar haqqında kitab
Bədii-publisitik kitab. 20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş bu kitabda qəhrəmanlıq tariximizin qızıl səhifələri oxucuların diqqətinə çatdırılır
Dilsuz Musayev. "Qəlbimdə göyərən Vətən" (Şeirlər, poema və tərcümələr). Əslən Borçalıdan olan şairin vətənpərvərlik poeziya kitabı. Azərbaycan Gənclər Fondu və YYSİB-nin kreativ layihəsi: "İntellektual gənc əsgər" e-kitab silsiləsi - 4.
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb. Yeni kitabda oxuculara təqdim olunan şeir nümunələri məzmun etibarı ilə şərti olaraq “Zaman və mən”, “İman işığında” və “Sevgi yarpaqları” hissələrinə bölünüb.