Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Boz dünyaya səyahət

Yeqzar Cəfərli

(müəllif)

Qısa Təsvir:

"Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...


Baxış sayı: 101
    
    


    
Düşdüm elə аyаğınа hаqq sözün

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin yeni kitabı. Kitаbdа tanınmış şairə, alim Firuzə Məmmədli yаrаdıcılığı son illərdə yаzdığı əsərlər verilmişdir. Kitаbdа şаirin siyаsi-ictimаi məzmunlu məqаlələri, xаtirələri, onа yаzılmış yubiley təbrikləri, son zаmаnlаr sosiаl şəbəkələrdə pаylаşdığı fəlsəfi məzmunlu stаtuslаrı, müxtəlif illərdə, o cümlədən təzə yаzdığı şeirlər verilmişdir.


Baxış sayı: 132
    
    


    
Sətirlərə sığınan hisslər

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Yeni Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin növbəti təzə elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 12 poeziya kitabı şeirlər və poemalardan ibarət topluları nəşr olunub. Şairənin bu yeni kitabında müxtəlif səpkili lirik-poetik əsərlər, eləcə də "Sirli ölüm" poeması toplanıb. Saf sevgi, mənəviyyat-əxlaq, müxtəlif insanların daxili aləmi, dünyaya sayığı, həyata maraq kimi məsələlər bu poetik məhsulların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu yeni e-kitabında da əks olunub.


Baxış sayı: 183
    
    


    
Duyğu dəryası

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Azərbaycanın çağdaş ədəbiyyatının məhsuldar nümayəndəsinin yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 12 poeziya kitabı şeirlər və poemalardan ibarət topluları işıq üzü görüb. Şairənin bu yeni kitabında müxtəlif səpkili lirik-poetik əsərlər, eləcə də "Yalançı məhəbbət" adlı poeması toplanıb. Saf sevgi, mənəviyyat-əxlaq, müxtəlif insanların daxili aləmi, dünyaya sayığı, həyata maraq kimi məsələlər bu poetik məhsulların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu yeni e-kitabında da əks olunub.


Baxış sayı: 157
    
    


    
Kəndimizin ilk alimi - Kamal Dadaşov

İltifat Əhmədov

(müəllif)

Qısa Təsvir:

Təcrübəli, peşəkar jurnalist, yazıçı-publisist İltifat Əhmədov sayca beşinci kitabını hazırda Lənkəranda - Aşağı Nüvədi kəndində doğma ata ocağında ömrünün ahıl çağlarını yaşayan, 95 yaşlı, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, şərəfli ömür yoluna, elmi-pedaqoji fəaliyyətinə həsr etmişdir. Kitabda alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki müəllimlik dövrü, elmi ezamiyyətləri, beynəlxalq konfranslarda, simpo ziumlarda çıxışları, ailə üzvləri haqqında məlumatlar və s. professorun öz dilindən nəql edilir. İltifat Əhmədovun bundan əvvəl “İllərin söz çələngi” (2019), “Vətən sənə oğul deyir” (2020), “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) kitabları işıq üzü görmüşdür.


Baxış sayı: 152
    
    


    
Kabuldan əsən külək

Əliyev İlham

(müəllif)

Qısa Təsvir:

“Kabuldan əsən külək” romanı, çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.


Baxış sayı: 198
    
    


    
İstanbul saatı ilə

Həyat Şəmi

(müəllif)

Qısa Təsvir:

Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb. Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər. 


Baxış sayı: 202
    
    


    
Qadın məlahətinin sirri

Allahverdi Eminov

(müəllif)

Qısa Təsvir:

Tanınmış yazıçı, alim, esseistin oxuculara təqdim olunan bu kitabı dünya ədəbiyyatında, elmində və publisistikasında hələ də “açıq” qalan mövzuya həsr edilmişdir: İlahidən Yer üzünə göndərilən qadın aləminin sehrli möcüzələri, təkrarsız məlahiyyəti, ilğım şəhvət hissi. Müəllif bu essesində bütövlükdə qadın məlahətindən irəli gələn vərdişlərinə, yataq həzinliyinə, ruhi – cismani məhəbbətinə toxunmaq istəmişdir. Fərdi yaradıcılıq psixologiyasından və bədii–elmi üslubundan qaynaqlanan təsvirləri, ricətləri oxucuların estetik tələbatlarına cavab verir, onlarda həyatsevərlik hissi aşılayır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. P.S. Diqqqət: 18 yaşdan yuxarı oxucular üçün...


Baxış sayı: 141
    
    


    
Rəqqasə

Allahverdi Eminov

(müəllif)

Qısa Təsvir:

Tanınmış yazıçı, alim, esseistin "Seçilmiş əsərlər"inin I cildində oxuculara təqdim olunan yeni romanı yer alıb. Əsər sevgi və sənət dünyası haqqındadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 


Baxış sayı: 142
    
    


    
Sabir Rüstəmxanlı. Seçilmiş əsərlər. 15 cilddə. XV cild

Sabir Rüstəmxanlı

(müəllif)

Qısa Təsvir:

Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu sonuncu cildə müəllifin çevirməsində İ.V.Hötenin «Şərq-Qərb divanı», Adam Mitskeviçin «Seçilmiş əsərləri», Ognjen Lakicevicin «Tutqun hava» poetik toplusu, həmçinin «Dünya sözün qanadında» başlığı altında əcnəbi şairlərinin şeirləri daxil edilib.


Baxış sayı: 778
    
    


    
Sabir Rüstəmxanlı. Seçilmiş əsərlər. 15 cilddə. XIV cild

Sabir Rüstəmxanlı

(müəllif)

Qısa Təsvir:

Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu cildə müəllifin  xalqımızın taleyi və gələcəyi ilə bağlı düşüncələrdən doğulmuş “Vətəndaşlığın əlifbası” və Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrdən ibarət “Ölüm son deyil. Tanıdığım Heydər Əliyev” kitabları yer almışdır.


Baxış sayı: 752
    
    


    
Sabir Rüstəmxanlı. Seçilmiş əsərlər. 15 cilddə. XIII cild

Sabir Rüstəmxanlı

(müəllif)

Qısa Təsvir:

Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu cildə müəllifin publisistikasından nümunələr, açıq məktublar və elmi-fəlsəfi dialoqlar toplanmışdır.


Baxış sayı: 784