Tanınmış Azərbaycan yazıçı-publisitinin qardaş Türkiyədə, türk dilində işıq üzü gömüş vətənpərvərlik yazılarından ibarət kitabının elektron variantı...
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanının müavini və qərargah rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad İsrayıl oğlu Həşimova həsr olunan poema.
Şuşalı istedadlı şairə, filoloq-alimin Qarabağ, Şuşaya qayıtmaq həsrəti ilə qələmə aldığı lirik-poetik nümunələrindən ibarət kitabda Azərbaycan musiqi mədəniyyətinin beşiyi sayılan məkanın etno-kulturoloji xəritəsi şeirləşdirilib.
İstedadlı müəllifin bu kitabında 1989-cu ildən Azərbaycanın Qarabağ bölgəsində başlanan münaqişə nəticəsində şəhid olmuş qəhrəmanlarımız haqqında publisitik-bədii yazıları toplanıb.
Tanınmış istedadlı şairə-publisitin 44 günlük Vətən müharibəsində canından keçmiş Ağstafalı şəhidlərin əziz xatirəsinə ithaf etdiyi bu yeni kitabında həyatlaını doğma Azərbaycanımızın Zəfər tarixinə çevirmiş qəhrəmanlarımız haqqındadır...
Gədəbəyin Şınıx bölgəsindən olan igid şəhidimiz Türkman Məmmədov şərəfli ömür yolu haqqında bu sənədli-bədii kitabda ruhunu Vətənə çevirmiş qəhrəmanlar haqqında növbəti nəşrdir...
Məhsuldar şairə-publisist 2022-ci ildə Şuşada keçirilən Vaqif Poeziya bayramında iştirak edən zaman keçirdiyi mənəvi hissləri şairanə formada sənət dilinə çevirərmiş, Qarabağ torpaqları uğrunda qəhrəmanlıq göstərmiş, şəhid olmuş igidlərimizin ruhuna ərmağan etmək üçün kitab şəklində oxuculara təqdim edir.
Sənədli-ensiklopedik kitabda qədim yurd yerimiz - Laçın rayonundan olan qəhrəmanlar, qazilər, şəhidlər, eləcə də bu qədim məkanın tarixi, görməli yerləri, abidələri, coğrafiyası, eləcə də I və II Qarabağ müharibsində göstərilən qəhrəmanlıqlar haqqında müxtəsər materiallar yer alıb.
İstedadlı şairə, məhsuldar nasirin “Zərbə” romanı 2016-ci il Aprel döyüşlərinin qəhrəmanlarına həsr edilib. Müəllifin xüsusi istedadla qələmə aldığı, bu roman bəy nəslinin tarixi- psixoloji məqamlarınıdan, kişilik, mərdlik dünyasından bəhs edirdisə, “Zərbə” romanı tamamilə yeni bir aspektdə inkişaf edir, müasir dövrümüzün ən böyük problemi olan Qarabağ hadisələrinin fəlsəfəsini önə çəkir.
İradə Əlili, Nazim Tapdıqoğlu. Bir damla göz yaşında torpaq həsrəti. / Ирада Алили, Назим Тапдыкоглу. В капле слезы тоска по земле. / Irada Alili, Nazim Tapdigoghlu. Homesickness in a teardrop. Azərbaycan, rus və ingiliscə. Publisitik-sənədli toplu
Cavan nasirin bu yeni kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncərələri” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir.