Çiçək Mahmudqızı. “Bənövşə yaşlar”. Poetik toplu. İstedadlı xanım şairənin son illər qələmə aldığı şeirləri. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (24 - 2014)
"Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü". Biblioqrafiya. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının hazırladığı biblioqrafik göstəricilər toplusu.
Mahir Qabiloğlu. "Ərmən – Şuşanikin sevgisi". Bu kitabda toplanan yazıların əksəriyyəti həyatda baş verən hadisələrdən qaynaqlanır. Bu yazılara əsasən müəllif – köşə yazarı kimi çalışdığım Modern.az və digər mətbuat orqanlarında rast gəlibsiniz.
Füzuli Yavər. "Qoz əhvalatı". Pyes. Yazıçı Aslan Quliyevin hekayəsi əsasında işlənmiş, olduqca gülməli, eyni zamanda dərdli, qəmli bir dramatik qroteskvari əhvalat.
Səfər Səfərli. "Bu da bir ömür". Kitabda vətənimizin gözəlliklərini, xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən şeirlərlə yanaşı, həm də sevgi, həsrət duyğuları poetik səmimiyyətlə qələmə alınmışdır. Yurdsevərlik, doğma ocağa bağlılıq, pak məhəbbət, düz ilqar kitabdakı bədii nümunələrin əsas mövzusudur.
Afaq Şıxlı. "Yeddidən 1-i". Dünya ədəbiyyatından tərcümələr. Sayca yeddinci olduğundan, "YEDDİDƏN 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.
Asif Həsənli. “Müsəlmanlara qarşı təcavüzkar siyasət”. İraqın ABŞ tərəfindən işğalı. Siyasi publisitika. Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02-05 (06 - 2014)
İbrahim Sel. “Amerikançılıq nədir?” Siyasi publisitika . Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 01-04 (05 - 2014).
Doktor Əli Şəriəti. Həcc. www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana tərəfindən elektron nəşrə hazırlanmışdır. “Dini bilgilər” seriyası N 01 (04-2013).
"Planning A House by Larry Angel". Fərdi ev tikmək istəyənlər üçü ingilis dilində faydalı bir kitab. Xəyalınızdakı evi qurmaq üçün əla vəsait sayıla bilər.
Bəhruzər. "Keçmiş gələcək". I kitab. Bu araşdırmada Azərbaycanın qərb bölgəsinin etnoqrafik sirlərinə səyyahət də adlandırmaq olar. Əsər Tovuz rayonunun etnoqrafik tarixi ilə yanaşı çox xırda məqamları, hansı ki, məhz o məqamlar xalqın şifahi yaddaşını təşkil edir, dəyərləri, hətta bizə adidən adi görünəcək hadisələri belə qələmə alınıb.
Camal Zeynalov. “Talelər dünyası”. Hekayələr və esselər kitabı. Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür.İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir.Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir.