Rövşən Yerfi. "HİV qasırğası" povest. HİV qasırgası – bir cümlə ilə ifadə edilə bilməyəcək elə faciədir ki, tanrı heç kəsin başına gətirməsin. Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin yeni maraqlı əsəri verilib.
Yeni Yazarlar və Sənətçilər Qurumunun kulturoloji layihəsi: "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı"...Geniş məlumatlar...
Cin Kristof Greing . "Siyah Kan" - "Qara qan". Roman, türk dilində. Çeviren: Sevket Deniz. Cənub-Şərqi Asiyada xərçəng dönəncəsi ilə Ekvator xətti arasında bir yol var. Qara qanla çəkilmis bir yol. Qorxunun və olumun hakim oldugu bir yol. Paris: ilk təmas. Kuala Lumpur: Həyat yolu. Sonsuzluğun işarələri. Kamboca: bal və fresk. Tailand: Təmizlənmə palatası. Dünyadan mücərrədlənmis bu məkanda nələr olduğunu anlayacaqsız! Doğrunun rəngi eyni zamanda yalanın da rəngidir!
"Dövlətə bağlılığın önəmi". Türkiyənin tanınmış qalmaqallı ilahiyyat yazarı Harun Yəhyanın azərbaycan dilində kitabı. Dövlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək məqsədi daşıyır. Amma bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi cəmiyyətdə bir qisim "dövlət əleyhinə" cərəyan və ya fikirlərin yanlışlıq içində olduqlarını göstərmək və millətimizin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.
Füzuli Yavər. "Çöl çiçəkləri" (Tele-pyes). Pyes əsasında vaxtı ilə kinorejissor Rüfət Şabanov tərəfindən AzTV-də çox maraqlı film-tamaşa hazırlanmışdır. Real həyat hadisələri əsasında işlənmiş bu melodramatik əhvalat bir qədər ənənəvi məhəbbət üçbucağını xatırlatsa da, əslində bu tipli əsərlərdən çox fərqlidir. Belə ki, burda tərəflər bir-birilə mübarizə aparmır, əksinə, bir-birini anlamağa, bir-birinə kömək etməyə çalışır, "üçbucaq"dan çıxmağa yollar axtarırlar.
İ.V.Höte, H.Hayne lirikası və Hötenin “Qərb-Şərq Divanı”ndan poetik nümunələr. Orijinaldan poetik çevirmələr - alman dilindən tərcümə edən: Ələkbər Qubatov
Yusif bəy Akçuralı. "Türkçülüyün tarixi". Türk Dünyasının tanınmış mütəfəkkirinin azərbaycanca ilk kitabı. Tərcümə edən və ön sözün müəllifi: Aybəniz Kəngərli
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (2012-ci il martın 16-dək edilmiş əlavə və dəyişikliklərlə). (Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir).
Füzuli Yavər. "İlk məhəbbət gecəsi". Epik stildə tele-pyes. Yazıçı-damaturqdan növbəti səhnə əsərinin elektron variantı. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 03-10 (19 - 2014)
Şirvani Ədilli. "Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam" Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cümlədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Balayar Sadiq. “Ömrün gəraylı çağları”. Kitaba çağdaş ədəbiyyatımızın istedadlı nümayəndəsinin son illərdə poetik məharətlə qələmə aldığı bənzərsiz şeir və poemalar daxil edilib. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (26 - 2014)