Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Afaq Şıxlı. "Yeddidən 1-i". Dünya ədəbiyyatından tərcümələr. Sayca yeddinci olduğundan, "Yeddidən 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.

Müəllif:

Afaq Şıxlı


Kateqoriya:

Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya



Qısa Təsvir:

Afaq Şıxlı. "Yeddidən 1-i". Dünya ədəbiyyatından tərcümələr. Sayca yeddinci olduğundan, "YEDDİDƏN 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.


Baxış sayı: 117
    
    


www.kitabxana.net


Milli Virtual Kitabxananın təqdimatında


Bu elektron nəşr http://
www.kitabxana.net - Milli Virtual Kitabxananın "Orijinaldan bədii-filoloji tərcümələr" Kulturoloji-Tərcümə Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron kitab N 01-19 (08-2014). 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: 
YYSQ 

 

Afaq Şıxlı


"Yeddidən 1-i"


(Dünya ədəbiyyatından tərcümələr)



YYSQ - Milli Virtual Kitabxananın e-nəşri  N 01-19 (08-2014). 


Yazarın başqa bir əsərləri ilə burada tanış olun:

 

 

http://www.kitabxana.net/?oper=readBook&id=1731

 

 

MÜƏLLİFDƏN

 

"Tərcümə nədir? Tərcümə - əsərin bir insan kimi, müxtəlif dillərdə danışması, özünü sevdirə bilmə şansıdır!
Tərcümə etməyi çox sevirəm, çünki bu iş məsuliiyyət və diqqət tələb edir. Səfərbərlik və məhəbbət tələb edir.
Tərçüməçi hər dəfə özü üçün sanki yeni bir dünya kəşf edir. Müəllifdən müəllifə duyğuların, hisslərin dəyişir. Dünyaya baxışın dəyişir. Anna Axmatovanın sevgi şeirlərini tərcümə etdikcə, elə bilirəm ki, 100 il öncə o, məni yazırmış...
Sayca yeddinci olduğundan, "YEDDİDƏN 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.
Oxuyacağınız bu əsərləri, şeirləri öz ana dilimizə çevirməkdə məqsədim, onları Azərbaycan oxucusuna tanıtmaq və sevdirməkdir. Düşünürəm ki, gözəl yazıların belə bir haqqı var və bu haqqı onlara tərcüməçi ödəyir - ürəyinin istisini, gözlərinin nurunu verərək. Bir şeyə təmənnasız sevgi verərsənsə, bir və ya başqa şəkildə qarşılığını qaytarar. Ədəbiyyatın qarşılığı isə - oxucu rəğbətidir!
Əziz və dəyərli oxucularıma gözəl istirahət və xoş qiraət arzu edirəm!"

Hörmətlərimlə: Afaq ŞIXLI,Moskva