Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Həcc". Doktor Əli Şəriəti. Həcc. www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana tərəfindən elektron nəşrə hazırlanmışdır. “Dini bilgilər” seriyası N 01 (04-2013).

Müəllif:

Əli Şəriəti


Kateqoriya:

İran



Qısa Təsvir:

Doktor Əli Şəriəti. Həcc. www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana tərəfindən elektron nəşrə hazırlanmışdır. “Dini bilgilər” seriyası N 01 (04-2013). 


Baxış sayı: 3621
    
    


Doktor Əli Şəriəti


Həcc

www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana tərəfindən elektron nəşrə hazırlanmışdır.

“Dini bilgilər” seriyası N 01 (04-2013).

Əli Şəriəti 


Əli Şəriəti 1933–cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Kahək qəsəbəsində dünyaya gəlmişdir.

Atası Məhəmməd Təqi 1935–ci ildə Rza Şahın islahatları prosesində din adamı kimliyindən uzaqlaşdırılır və o dövrkü təhsil nazirliyində işləməyə başlayır. 1941–ci ildə İran Kommunist Partiyası (Tudə) qurulduğu zaman atası bu partiya ilə müəyyən münasibətlər qurur. Demək olar ki, bununla Şəriətinin siyasətlə tanışlığını başlayır. Daha sonralar Tudə ilə arasında anlaşmazlıqlar meydana gəlir və bu partiya ilə ideoloji mübarizəyə başlayır.

Şəriəti 1950-ci illərdə Dr. Musəddiqin lideri olduğu milli hərəkatda iştirak edir.

1950-ci illərin İranında Müsəddiqin rəhbərlik etdiyi milli hərəkat ölkə neftinin milliləşməsi üçün mübarizə aparırdı. Nəticədə Müsəddiq iqtidara gəldi. Ancaq 1953–cü ildə ABŞ-ın təşkil etdiyi çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Bu siyasi təlatümlər içərisində gənc bir müəllim olan Əli Şəriəti milli hərəkatı və neftin milliləşdirilməsini dəstəkləyənlərdən idi. 1952-ci ildə milli hərəkatı dəstəkləyən bir nümayişdə iştirak etdiyinə görə Əli Şəriəti ilk dəfə həbs edilir.

1959–cu ildən Şəriətinin təbirincə desək "Paris zindanında"kı günləri başlayır. Burada ilk işi fransız dilini öyrənmək olur. Dili hələ yeni öyrəndiyi zamanlarda otağına çəkilərək əlinə keçirdiyi fransızca-farsca lüğətin köməyi ilə Aleks Karrelin "Dua" adlı əsərini tərcümə edir. Bu əsəri tərcümə etməsi ilə o zamanlar Avropada, xüsusilə Fransada çox yayğın olan ekzistensializm fəlsəfəsindən təsirlənməyə başlayır. Sonralar bu, ona təsir edən fikir adamlarından Pol Sartrla ən yüksək nöqtəyə çatmışdı.

Sarbonna Universitetinə doktorant olaraq daxil olur və Seyfuddinin "Bəlxin fəzilətləri tarixi" adlı əsərinin elmi iş olaraq hazırlayır. Əli Şəriətinin Parisdə oxuduğu dövrlərdə elmi fəaliyyəti universitetlə məhdudlaşmamaqda idi. Kollej dö Frans araşdırma mərkəzində Jorj Qurviş ilə sosiologiya, "Sosioloji Reliqius" araşdırma mərkəzində isə Jak Berke ilə din sosiologiyası üzərində araşdırmalar apardı. Hətta, çox zamanlar doktorant proqramını buraxaraq sosiologiya və din üzərində daha dərin araşdırmalarla məşğul oldu.

Əli Şəriəti Parisdə tələbəlik illərində o zamanlarda ölkə içərisində də böyük təlatümlərə səbəb olan Əlcəzair Azadlıq Hərəkatı ilə əlaqələr qurur. Əlcəzairin müstəqilliyi üçün mübarizə aparan bu təşkilat üçün xeyli əmək sərf edir.

1963–cü ildə Şəriəti Sarbonna Universitetində təhsilini başa vuraraq İrana qayıdır. Ancaq, o zamankı İranın xüsusi kəşfiyyat orqanı (SAVAK) Şəriətini ölkəyə girən kimi sərhəddə həbs edir.

1977–ci ilin iyul ayının 17–sində tək yaşadığı otağın qapısı ağzında Əli Şəriətinin cansız cəsədi tapıldı. Onun bu gənc yaşda və qəflətən vəfatı bu işdə SAVAK – dan şübhələnməyə əsas verməkdə idi. Çünki o zamanlarda səhhətində heç bir problemi yox idi. Eyni zamanda vəfatında 1-2 – saat keçməmiş evində İran konsulluğu tərəfindən axtarış aparılır və cənazə üçün rəsmi işlərin yerinə yetirilməsi tələb edilir. Vəfatından sonra cənazə üzərində tibbi ekspertizaya belə icazə verilmir. Sağlığında Şəriətidən siyasi oyunlarında istifadə edə bilməyən şah rejimi hətta cənazəsini bu oyunlara alət etmək istəyir. Belə ki, İranda onu rəsmi dövlət mərasimi ilə dəfn etmək və bununla da onu rejimin dəstəkçisi kimi göstərmək istəyirlər. Ancaq buna ailəsi razı olmur. Əli Şəriəti Dəməşqdə hz. Zeynəbin türbəsinin yanında dəfn edilir.