
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”: 01-23 (01 - 2014)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 01-23 (01 - 2014)
Kulturoloji layihənin bu hissəsini dəstəkləyən qurum: YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Camal Zeynalov
“Talelər dünyası”
Hekayələr və esselər kitabı
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 01-23 (01 - 2014)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür. İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir. Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir.
Qadın dünyasına yaxından bələd olan müəllif sizləri uğurlu-uğursuz qadın taleləri ilə baş-başa buraxır, eyni zamanda bilməyərəkdən hisslərinin əsirinə çevrilmiş, sevgi və məhəbbətdə uğursuzluğa düçar olmuş, yanlış yollara varmış qızlarımıza doğru yol göstərərək, həyatda bu yanlışlarını düzəltmək üçün onlara daha bir şans verir.
Biz əminik ki, bu kitabı oxuduqdan sonra həyatınızda mütləq bir dəyişikliklər baş verdiyinin şahidi olacaqsınız.