Şirvani Ədilli. "Azərbaycan şeirində forma məsələləri" (Elmi araşdırma). Kitabda şeirin əsas forma elementlərindən olan qafiyə müasir yanaşma ilə köklü şəkildə araşdırmaya cəlb edilmiş, heca vəzninin bölgü və ritm məsələsinə yeni baxış irəli sürülmüş, ilk dəfə sərbəst şeirin mahiyyəti və növləri geniş araşdırılmış, həmçinin əruz və onun xüsusiyyətləri, şeir formalarının yaranma tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında danışılmışdır. Kitab ədəbiyyatçılar, yazarlar, musiqiçilər və şeir formaları ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.
Rabindranat Taqor. “Fəlakət” (Benqalca “Noukadubi”) romanı 1902-ci ildə yazılmışdır. Roman yaranan zaman Hindistanın geniş oxucu kütləsi Taqoru əsasən şair və hekayə yazarı kimi tanıyırdı. O, romana özünəməxsus poetik çalar verməyi, bir çox sosial-məişət problemlərini üzə çıxarmağı bacarmışdı.
Ənvər Əhməd. "Seçilmiş əsərləri". III cild. Poemalar. Tanınmış şair-alim Ənvər Əhmədin "Seçilmiş əsərləri"nin III Cildinə onun müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. Poemalardan ibarət e-toplu!
Əfrahim. "Ürəyi aldatmaq olmur". Şeirlər və poemalar toplusu. Tanınmış şairin son illər qələmə aldığı şeir və poemalardan ibarət yeni e-kitab. Əfrahim 70-ci illərdə ədəbiyyata gəlmiş istedadlı imza sahiblərimizdəndir...
Татьяна Чаладзе. "Сocтрадание". Tatyana Çaladze. “Həmdərd”. Sənədli-publisitik kitab.T.Чаладзе родилась и выросла в Латвии, работала в местных газетах. В 1992 году приехала в Азербайджан для освещения конфликта, в ходе боев получила ранение. Является автором многочисленных статей о конфликте и истории Азербайджана и Армении. AydınXanƏbilov, yazıçı-kulturoloq. "Çağdaş “Qarabağnamə”lər: düşmənlərimizəintellektualcavab"...
Şəmsəddin Təbrizi. "Məqalat və ya Xirqeyi - Şəms". Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xə zinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani-Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.
Mahirə Nərimanqızı. "Mənim Dünyam". Poetik toplu. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N31 (01-30-2014). İstedadlı şairənin yeni poetik nümunələrindən ibarət kitabı...
Camal Zeynaloğlu. "Gecikmiş sevgi". (Hekayələr və esselər toplusu). Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on birinci görüşüdür. Kitabda yazıçının yeni hekayələri və esseləri verilmişdir.
İlham Əliyev. “Qanlı vadi” (sənədli roman). “Qanlı vadi” sənədli romanında müstəqilliyin ilk illərində Azərbaycanda baş alıb gedən hüquqsuzluq, başıpozuqluq, adam oğurluğu və səs-küylü qətllərdən bəhs edilir. Romanda dolanışıq ucbatından fahişəliyə məcbur olmuş, özü də bilmədən qatillərin, adam oğrularının əhatəsinə düşmüş gənc Afaqın və kənd müəllimi Natiqin başına gələnlərin fonunda dövlət orqanlarında himayəçilər tapmış cinayətkar dəstələrin əməlləri ifşa olunur.