Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yeni Yazarlar və Sənətçilər Qurumunun kulturoloji layihəsi: "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı"...Geniş məlumatlar...

Müəllif:

Bələdçi


Kateqoriya:

Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları



Qısa Təsvir:

Yeni Yazarlar və Sənətçilər Qurumunun kulturoloji layihəsi: "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı"...Geniş məlumatlar...


Baxış sayı: 674
    
    


 Kulturoloji layihə: "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı"...


Geniş məlumatlar

 

Həyata keçirən təşkilat: Yeni Yazarlar və Sənətçilər Qurumu

Maliyyələşdirən təşkilat: Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

 

1. LAYİHƏNİN ADI

Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı.

 

2. LAYİHƏ NƏDƏN BƏHS EDİR

 

Gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşıdlarıyla ünsiyyət qurduqları İnternetdə - elektron kitabxana və sosial şəbəkələrdə Azərbaycan, eləcə də ermənilər tərəfindən işğal olunmuş Qarabağ tarixi, Ermənistanın qəsbkar siyasəti nəticəsində zəbt edilmiş tarixi torpaqlarımız barədə həqiqətləri əks etdirən, xarici müəlliflərin müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatı, e-sərgisini təşkil etmək.

 

3. PROBLEMİN TƏSVİRİ

 

İnternetdə - elektron kitabxana və sosial şəbəkələrdə Azərbaycan, eləcə də ermənilər tərəfindən işğal olunmuş Qarabağ tarixi, Ermənistanın qəsbkar siyasəti nəticəsində zəbt edilmiş tarixi torpaqlarımız barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif böyük dillərdə işıq üzü görmüş kitablarının elektron variantları çox azdır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda az olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkədə təbliğ olunmasına ehtiyac var. Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunmaqdadır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük tələbat var.

Ermənistanda Azərbaycana qarşı müxtəlif saytlar açılaraq əsərləri tərcümə edib İnternetdə yayırlar. Nümunə kimi hətta bizim yazıçıların Qarabağ mövzüsunda yazdıqları əsərləri guya şiddət təbliğ etdiyinə görə dünya dillərinə çevirib yaydıqları resurslardan göstərə bilərik: http://azerichild.info/mirror_19.html

http://www.panorama.am/ru/society/2014/04/02/azerichildinfo/

http://www.yerkramas.org/2014/04/02/redakciya-azerichild-info-predlagaet-azerbajdzhanskomu-avtoru-m-gabiloglu-podelitsya-armyanofobskimi-rasskazami

Bu təxribata qaşı mübarizə aparmaqdan ötrü, həmçinin İnternetdə xarici müəlliflərin əsərləri barədə geniş məlumatların yayılması, elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanalarda yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək.

Layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitablari və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət edəcək.

 

4. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ndan irəli gələn vəzifələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə layihədə Strategiyanın bir çox bəndlərinə uyğyun fəaliyyət istiqamətləri əsas götürülüb.

Layihənin əsas məqsədi dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, Azərbaycan, Qarabağ tarixi, Ermənistanın qəsbkar siyasəti nəticəsində zəbt edilmiş tarixi torpaqlarımız – Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən ibarətdir. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edilərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkədə təbliğ olunması əsas vəzifələrdəndir.

 Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektoron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyuter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq.

İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr edə bilmir, lazımi nəticələr əllərində olmur.  Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər.

 

5. LAYİHƏDƏN FAYDALANANLAR

 

Azərbaycan və Qarabağ mövzusundan yazan xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, blogerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilat üzvlərimiz.

 

6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ

 

Azərbaycada, Bakı şəhərində, eləcə də İnternet və sosial şəbəkələrüstü, elektron kitabxanalar vasitəsilə.

 

7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

 

I. 1. Layihəyə könüllü cəlb ediləcək şəxslərin  seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də

peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri olan qələm sahibləri ilə münasibətlər qurulması, müəllifləri ilə əlaqələrin yaradılması nəzərdə tutulub.

2. Lazımi yeni texniki avadanlıqların əldə edilməsi.

 

II. 1. Dünyanın tanınmış imza sahibləri – yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, Azərbaycan, Qarabağ tarixi, Ermənistanın qəsbkar siyasəti nəticəsində zəbt edilmiş tarixi torpaqlarımız – Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlanması, e-nəşrə hazırlanacaq kitabların seçilməsi. Elektron kitablar aşağıdakı dillərdə olacaq:

- İngilis dilində

- Rus dilinə

- Türk dilində

- Fransız dilində

- Alman dilində

-Azərbaycan dilində

- və başqa dillərdə.

2. Bəzi əsərlərin müxtəlif dillərə tərcüməsi.

3. İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılması. Hazırlanan materialların  İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

4. Mütəmadi olaraq e-kitabların virtual sərgisinin keçirilməsi.Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği.Sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.

5. Müxtəlif dillərdə yazan müəlliflərin əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi.

7. İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili.

8. Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən  rəqəmsalkitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.

9. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

 

8. LAYİHƏNİN İCRA MÜDDƏTİ

 

5 ay

(Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilir, layihəyə əlavə olunur.)

 

9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

 

Layihənin icrası zamanı xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr zamanı lazımi nəticələr, elmi mənbələr, intellektual vəsaitlər, həmçinin xarici müəlliflərin kitabları hazır formada, hər vaxt onlayn və oflayn halda, bir şəbəkə resursunda, müraciət edilməsi mümkün olan variantda hazırlanacaq. Müxtlif tədbirlərdə iştirak edən soydaşlarımız, diaspor nümayəndələri, səfirlik əməkdaşları, eləcə də  nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında kreativ silahla təmin olunacaqlar. Eyni zamanda şəbəkə istifadəçiləri, oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdə, həmçinin illərboyu problemin həllini gözləyən Qarabağda baş verən tarixi-siyasi, ictimai-kulturoloji, sosial-mədəni proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımızı zənginləşdirərik.

Layihəəcnəbi müəlliflərin Azərbaycana və Qarabağa, Qərbi Azərbaycana aid maraqlı, dəyərli nümunələrini elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə, gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-kulturoloji təbliğatı təşkil etməklə ictimai fəallıq göstərən şəxslərin kreativ biliklərini artırılmasına, müxtəlif intellektual, ədəbi-publisitik, elmi mövzulara aid ali, tədqiqatçı, bloger, yazıçı və şairlərin fərqli əsərlərindən ibarət e-kitabların hazırlanmasına, bu rəqəmsal nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin milli-məəvi dəyərlərə sevginin formalaşmasına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real-virtual görüşlər vasitəsilə  əxlaqi-vətənpərvərlik dəyərlərinin təbliğinə yönəldilib.

Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü virtual-kulturoloji fəaliyyət isə müxtəlif əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənməsinə təkan verəcək. İnformasiya əsrində gənclərimiz xarici həmkarları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar.

Layihə Azərbaycana aid yazan alim, tədqiqatçı, yazıçı, bloger və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Müxtəlif dillərdə ölkəmizə aid fərqli-sanballı elmi-tarixi ədəbiyyatların zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları  kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər  eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımi nəticələr əldə olunmur.  Bu tanışlıq zamanı nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyurlar. Layighə qismən də olsa bu sahədəki boşluqları doldurmağa yönəlib.

 

10. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI

Layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəsislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.

Virtual layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, Azərbaycan Gənclər Fondu, Milli QHT Forumu, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», “Ədalət”, “Bakı-xəbər”, “Mədəniyyət” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, “Space” TV,  İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) kulturoloji layihə, Elektron Şəbəkə Resursu, Virtual Kİtabxana haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihə başa çatdıqdan sonra ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Şuranın mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.

Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, problemə aid xüsusi elektron kitabxananın, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi  kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun  genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycan və Qarabağ haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

 

11. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI

 

Layihə ilə bağlı aralıq və yekun hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AMEA-nın humanitar yönümlü institutları, AR Diaspora Komitəsi, AYB, ölkəmizdə rəsmi fəaliyyət göstərən xalqların, milli azlıqların mədəniyyət qurumları və kitabxana.net - Virtual Milli Kitabxana kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın həqiqətlərinin geniş yayılmasına səbəb olacaq.

Televiziya, radio, İnternet və mətbuatda - «525-ci qəzet», “Ədalət”, “Kredo”, “Ədəbiyyat qəzeti” və «Eхo» kimi ölkəmizin nüfuzlu mətbu orqanlarında, “Space” TV,  İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, İnternet Tv və radiolarda, Fesybuk, tvviter, +Google kimi sosial şəbəkələrdə həyata keçiriləcək kulturoloji layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.