Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin "Əsərləri"nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.
Bakıya qayıdandan sonra xəbərin təfərrüatını internetdə axtardım: "Tanınmış gürcü yazıçısı Qoderzi Çoxeli uzun sürən xəstəlikdən sonra 2007-ci il noyabrın 16-da..."
Mir Cəlal (Paşayev). "Füzuli sənətkarlığı" (Monoqrafiya). III nəşri. Bakı, "Kaşqari", 2007. 357 səh. Bu kitabda Füzulinin sənət və sənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.
Cəfər Cabbarlı. "Seçilmiş əsərləri. Dörd cilddə. İkinci Kitab. Ötən yüzilliyin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin Aydınlığa çıхmasında, pеşəkar tеatrın püхtələşməsində, yеni aktyor nəslinin yеtişməsində əhəmiyyətli rol oynayan "Vəfalı Səriyyə", "Solğun çiçəklər", "Ulduz", "Ədirnə fəthi", "Aydın", "Oqtay Еloğlu", "Od gəlini" və b. pyеslər bu gün də aktuallıq kəsb еdir. Görkəmli dramaturqun bu topluda yеr alan pyеsləri nadir sənətkarlıq nümunələridir.
Son illər ədəbiyyatımızda yazıb-yaradanların arasında fərqlənən şair Fəxrəddin Meydanlı "Sevənlər qocalmır" adlı şeirlər toplusu müəllifin oxunövbəti poetik görüşü də saymaq olar. Sevgi, həyat sirləri, insan duyğuları, vətənə olan məhəbbət və b. mövzulu şeirlər oxucuların maraqına səbəb olacaq...