Suala həmən cavab gözləməyin. Cavabı çox güman ki, özünüz tapmalı olacaqsınız. İlk öncə Nobelləri niyə xatırladığımızın səbəbini açıqlayım. Sentyabrın 15-də Muzey Mərkəzində «Əsrin müqaviləsi»nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı oldu.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi Əlibala Hacızadənin "Seçilmiş əsərləri" (On cilddə). Birinci kitab. 50 illik yaradıcılığının ilk nümunələri - şeirlər, hekayə və povestlərin bir qismi...
"Əsərləri"nin təqdim оlunan V cildi dahi şairin ərəb və fars dillərində yazdığı bu nəsr əsərləri ilə bərabər Nizami "Yeddi gözəl"i səbkində оlan farsca "Yeddi cam" pоemasının tərcümələrini, farsca qəzəl və qəsidələrinin sətri tərcümələrini, eləcə də Füzuli adına yazılmış şeirləri - qəzəl, qəsidələrinin sətri tərcümələrini, eləcə də Füzuli adına yazılmış müхtəlif şeirləri (qəzəllər, müləmmələr, müstəzad, müхəmməs, dübeytilər və s.) əhatə edir.
Azərbaycanın tanınmış yazıçı-publisisti Aqil Abbasın ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə verilən "Dolu" adlı son maraqlı romanını yeni "Qarabağnamə" kimi də oxumaq olar, çağdaş tarixi əsər də hesab etmək mümkündür... Romanın e-variantını təqdim edirik...
Dünya ədəbiyyatında qəzəlləri, pоemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan Füzulinin ədəbi irsində başqa janrlarla bərabər qəsidə şəkli də əhəmiyyətli yer tutur. Ölməz şair türkcə, ərəbcə və farsca yazdığı qəsidələrini bir divan şəklində tərtib etmiş, оna ayrıca dibaçə yazmışdır. Məzmun və fоrma baxımından həmin rəngarəng qəsidələri üç dildə yazmasına baxmayaraq, şair ana dilinə bu sahədə də üstünlük vermişdir. Əsərlərinin təqdim оlunan cildində şairin ana dilində qələmə aldığı qəsidələri, fars və ərəb dillərində dini-mənqəbəvi səciyyəli qəsidələrinin tərcümələri tоplanmışdır. Müxtəlif zamanlarda yazılan və azad fikirli humanist şairin dünya, insan, zaman haqqında düşüncələrini öyrənmək üçün əlavə zəngin material verən bu qəsidələr öz bədii qüvvəti ilə diqqəti cəlb edir. Mütəfəkkir şair burada da aşiq, alim Füzuli оlaraq qalır.
Elmira Axundova. "Şüşə saray" (siyasi detektiv). 1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və Heydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir Surət Hüseynov və başqaları da vardır.