
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Üçüncü Kitab. "İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur" dramları
Tərtib edəni: Turan Cavid
Redaktoru: Teymur Kərimli
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild. Bakı, "Lider@ nəşriyyat, 2005, 304 səh.
Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin "Əsərləri"nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.
Cavid yaşadığı cəmiyyətin, mənsub olduğu soyun və bütövlükdə insanlığın problemlərini əks etdirməyə can atdığı üçün onun mövzuca və qaldırılan problem baxımından heç biri digərini təkrarlamayan bu əsərlərində də dünyanın mahiyyətinə varılır, həyatın, xilqətin fəlsəfi dərkinə çalışılır.
Əsərlərin imlasına toxunulmayaraq, dil və üslubunun qorunulmasına çalışılmışdır.
ISBN 9952-417-27-4
© "LİDER NƏŞRİYYAT", 2005
MÜNDƏRİCAT
İblis...................................................................7
Afət......................................................................105
Peyğəmbər..................................................141
Topal Teymur...........................................252