Harold Pinter. "Xəyanət". (Doqquz pərdəli pyes). İngilis dilindən tərcümə edən: Xəyalə Məmmədova. Nobel mükafatçısı, Böyük Britaniya yazıçısı - dramaturqu, yəhudiəsilli Harold Pinterin azərbaycancaya çevrilmiş növbəti pyesini təqdim edirik... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 18 (147 - 2013)
Xarici ölkələrin Azərbaycan Respublikasındakı rəsmi səfirlik və konsulluqların məlumat kitabı. AR XİN nəşri (İngilis dilində, BAKU APRIL, 2013). REPUBLIC OF AZERBAIJAN MINISTRY OF FOREIGN AFFAIRS STATE PROTOCOL DEPARTMENT DIPLOMATIC LIST.
"Çağdaş dünya ədəbiyyatı. Esselər". Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası. Birinci buraxılış - I cild. İlk buraxılışa - I cildə dünya ədəbiyyatında geniş yayılmış, amma Azərbaycanda az inkişaf etmiş bir ədəbi janr – esselər toplanıb. Elektron kitabda yaxın XX və XXI əsrin görkəmli mütəfəkkirləri – yazıçı və filosoflarının müxtəlif mövzulara həsr olunmuş bədii-fəlsəfi esselərinin azərbaycan dilinə nəşr olunmuş variantları daxil edilib. Əsasən gənc və orta nəsil mütərcimlər tərəfindən, orijinal, eləcə də rus və türkcədən tərcümə olunub.
Rövşən Yerfi. “Günahsız” qatil". Povest. Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması... Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi...
Fazil QARAOĞLU. "Ermənilər və həqiqətlər". I Cild (Rəsmi sənədlərlə). Professor F.Qaraoğlunun bu kitabında zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dinindən, yaşadıqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarşı törətdikləri məzalimlərdən bəhs edilir. Bu kitab xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir.
Şəfa. “Bir şüşə günah”. Hekayələr toplusu. İstedadlı yazıçı Şəfanın bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı hekayələr və essesi daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının müxtəlif anlarında insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı qoruyub saxlamağı bacarırlar. Əsasən qadın yaşantılarını məharətlə bədii nəsrə gətirməyə başlayan yazıçı çağdaş ədəbiyyatımızda az işlənən bir sahəni inkişaf etdirməkdə iddialıdır...
Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. "İslamda ailə səadəti". Farsca çevirəni: Dr. Əfzələddin Rəhimov. Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. Məhz ilk dəfə ata-anasının isti ailə ocağında dünyaya göz açan körpələr, onların qarşılıqlı olaraq bir-birilərinə məhəbbət, sevgi və sayğı göstərdiklərinin şahidi olur. Elə bu sevgidən dünyaya gəlmiş körpə, sonralar onların davamlı məhəbbətinin nəticəsi olaraq qayğı və şəfqət görür. Evdə ata-ananın bir-birilərinə hörmət, mərhəmət və dəyər verərək rəftar etdiyini müşahidə edən körpə, böyüdükcə bütün bunları mənimsəyir, adət və ya əxlaqına həkk edir. Bu tərbiyə onu təkcə valideynlərinə deyil, bütün cəmiyyətə şərəfli, ləyaqətli, şəfqətli və düzgün insan olaraq təqdim edilməsində mühüm və əsaslı rol oynayır. Ailə tərbiyəsi valideynlərin bir-birilərinə və övladlarına qarşı rəftarları, onları saleh əməlli bir şəxsiyyət kimi yetişdirir.
"Bizim dini əqidəmiz". Müəllif: Ayətullah Nasir Məkarim Şirazi. Fars dilindən tərcümə: Dr. Əfzələddin Rəhimov. Dini agahlığın zəruriliyi ya ehtimal veriləsi hər bir zərərdən çəkinmə qüvvəsi ya da ruzi verən bir xaliqə olunan təşəkkürün vacibliyi bizim dini etiqadımızın möhkəm olmasını, zənnə qapılmamağı tələb edir. Qurani-Kərim də bir çox ayələrdə zənnə qapılan şəxslərə itaət etməməyi əmr edir. Unutmamalıyıq ki, bizim dini əqidəmiz yüksək elmi, dini dəlil və sübutlara əsaslanmalıdır. Çünki hər bir insan təbii ki, nə vaxtsa baş verəcək ehtimal edilmiş təhlükədən, ona dəyəcək maddi və mənəvi ziyandan özünü qorumağa çalışır. Amma bəzi elm adamları təkcə özlərini deyil, qeyrilərini də düşünərək, insanları elmi sübutlara əsaslanaraq, qeyri-məntiqi əqidələrdən uzaqlaşdırmağa çalışırlar. Necə ki, Qurani-Kərim və müxtəlif hədislər də dünya və axirət səadətinə səbəb olacaq həqiqi dini agahlığın - təfəkkürün mənimsənilməsinin zəruriliyinə daim təkid edir.
"İmam Hüseyn (ə) şəxsiyyəti və Aşura qiyamı". İlahiyyat elmləri doktorları Tofiq Əsədov və Əfzələddin Rəhimovun müştərək elmi-dini araşdırması. İmam Hüseyn (ə) və Aşura qiyamı haqqında suallar-cavablar...
Dr. T.Əsədov və Dr. Ə.Rəhimov. "İslam və xristianlıq" (müqayisəli araşdırma). Din alimlərinin qələmə aldığı bu kitabda İslam və xirstianlıq haqqında müqayisəli araşdırmalardan bəhs edilir...
Zəka Vilayətoğlu. "Şah ölüm" (Roman). Yeni nəsil yazarlardan sayılan Zəka Vilayətoğlunun növbəti bədii nəsr kitabına onun yeni maraqlı romanı daxil edilib... E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Şah ölüm” romanı, Azərbaycan tarixinin müəyyən bir dövrünü (on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəlləri) özündə əks elətdirir.