ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Dr. T.Əsədov və Dr. Ə.Rəhimov
"İslam və xristianlıq"
(müqayisəli araşdırma)
Din alimlərinin qələmə aldığı bu kitabda İslam və xirstianlıq haqqında müqayisəli araşdırmalardan bəhs edilir...
Müəlliflərdən
Bildiyiniz kimi, Azərbaycan Respublikası dünyada müsəlman ölkəsi kimi tanınır və islam dini azərbaycanlıların mənəvi dəyəri sayılır. Bu ölkədə dini baxımdan vətəndaşların 98%-i müsəlman və 2%-i (məhdud bir qismi isə) qeyri-müsəlmandır. Buna baxmayaraq, Azərbaycan konstitusiyası 48-ci maddəsinin 2-ci bəndinə əsasən, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə fərdi şəkildə və ya başqaları ilə birlikdə etiqad bəsləmək, yaxud heç bir dinə inanmamaq, dinə münasibət ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.”
Çox təəssüflər olsun ki, dövlətimizin din və vicdan azadlığına götərdiyi belə humanist qanunlarından sui-istifadə edənlər də az deyildir. Bu məsələyə xristian missionerlərinin xalqımızın dini savadının lazımı səviyyədə olmamasından bəhrələnərək rus və azəri dillərində yaydıqlari yanlış məlumatlı kitabları və ağır iqtisadi problemlərdən istifadə edərək, bəzi şəxsləri maddi yardım adı altında məsihiyyətə cəlb etmələrini misal çəkmək olar.
Bu kitabı yazmaqda bizim məqsədimiz isə bir növ islam və xristianlığı müqayisəli şəkildə araşdırmaq olmuşdur. Elə buna görə də qarşınızdakı kitabın əksər mətləbləri hər iki dinin əsl mənbələrindən olmuş, yaxud da dünyanın tanınmış alim və filosoflarının yetişdikləri nəticələrə istinad edilərək verilmişdir. Xatırladaq ki, kitabda işarə olunmuş mövzuların hamısı xristianların köklü etiqadları əsasında tənzimlənmiş və islamın bu etiqadlara olan münasibəti, belə inancların qarşısında tutduğu mövqe bildirilmişdir.
Ümidvarıq ki, “İslam və xristianlıq” adı ilə hazırlanmış əsər həqiqət axtaranlara onu tapmaqda, müsəlmanlara etiqadlarının möhkəmlənməsində və bu iki dinin arasındakı seçim məqamında olan şəxslərə öz yekun qərarında faydalı olacaq, inşaallah. Amin!