Yeqzar Cəfərli. “Uçurum”! – Bu toplu gənc dostumuz Yeqzar Cəfərlinin bədii kitabıdır. O, yaradıcılığa ədəbiyyatın ən mürəkkəb sahəsi olan ədəbi tənqiddən başlayıb. Bilirsiniz – yazarlar yaradıcılığa “istedadın üzə çıxmasının ən qolay yolu” sayılan şeirlə başlar, bu da olmazsa kiçik hekayələrlə başlarlar adətən. Ancaq Yeqzar hələ III kurs tələbəsiykən böyük ədəbiyyatçı alim Əli Fəhmi haqqında araşdırmalar aparmış, 2011-ci ildə “Adiloğlu” nəşriyyatında “Əli Fəhmi dünyası” monoqrafik kitabını çap etdirmişdir. Bununla da yetinməyən gənc yazar respublika mətbuatında ardıcıl olaraq öz publisistik və tənqidi yazıları ilə çıxış etməkdədir...
“Heydər Əliyev və mədəniyyət”. 3-cilddə. III cild. Müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 1996-2003-cü illər. Layihənin rəhbəri və ön sözün müəllifi. Ə.Qarayev; Tərtib edənlər. S.Məmmədəliyeva, T.Əhmədov; Red. L.Məmmədova. "Heydər Əliyev və mədəniyyət". Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətini əks etdirən üçcildliyin I cildində dahi şəxsiyyətin ölkə rəhbərliyinə gəldiyi 1969-cu ildən 1982-ci ilə qədər və 1993-996-cı illərdə, II cildində 1997-1998-ci illərdə, III cildində isə 1999-2003-cü illərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinosuna, ədəbiyyatına və s. böyük qayğısını səciyyələndirən materiallar və mədəniyyət xadimləri ilə görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
“Heydər Əliyev və mədəniyyət”. 3-cilddə. II cild. Müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 1993-1996-cı illər. Layihənin rəhbəri və ön sözün müəllifi. Ə.Qarayev; Tərtib edənlər. S.Məmmədəliyeva, T.Əhmədov; Red. L.Məmmədova. "Heydər Əliyev və mədəniyyət". Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətini əks etdirən üçcildliyin I cildində dahi şəxsiyyətin ölkə rəhbərliyinə gəldiyi 1969-cu ildən 1982-ci ilə qədər və 1993-996-cı illərdə, II cildində 1997-1998-ci illərdə, III cildində isə 1999-2003-cü illərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinosuna, ədəbiyyatına və s. böyük qayğısını səciyyələndirən materiallar və mədəniyyət xadimləri ilə görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
“Heydər Əliyev və mədəniyyət”. 3-cilddə. I cild. Müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 1969-1982-ci illər. Layihənin rəhbəri və ön sözün müəllifi. Ə.Qarayev; Tərtib edənlər. S.Məmmədəliyeva, T.Əhmədov; Red. L.Məmmədova. "Heydər Əliyev və mədəniyyət". Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətini əks etdirən üçcildliyin I cildində dahi şəxsiyyətin ölkə rəhbərliyinə gəldiyi 1969-cu ildən 1982-ci ilə qədər və 1993-996-cı illərdə, II cildində 1997-1998-ci illərdə, III cildində isə 1999-2003-cü illərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinosuna, ədəbiyyatına və s. böyük qayğısını səciyyələndirən materiallar və mədəniyyət xadimləri ilə görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
Adil Abdulla Əl-Fəlah. "Heydər Əliyev və milli-mənəvi dəyərlər". Müəllifin fikrincə, H.Əliyev böyük siyasi xadim olmaqla bərabər, həm də güclü analitik təfəkkürə malik olan alim idi; həqiqi demokratiyanı, insan azadlıqlarını və hüquqlarını, bu məfhumlar altında gedən siyasi oyunlardan bacarıqla ayırd edir və yeri gəldikcə, bəzi neqativ təzahürlərlə bağlı narahatlığını da gizlətmirdi. Buna görə də H.Əliyev İslamla müasirlik arasında heç bir ziddiyyət görmür, əksinə müasir dünyanın problemlərini, haqq-ədalət, bərabərlik, insan ləyaqətinə ehtiram kimi islami prinsiplər əsasında həll etməyin mümkünlüyünü hər dəfə vurğulayırdı.
Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi. Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.
"Sirli dolça" (Şəkilli nağıl kitabı). "Sirlyə dolçə" (Şəkilə tolışi nəğıl). Talış və Azərbaycan dilində. Kitabda şəkilli formada talış xalq nağılının Azərbaycanca və talışca variantı verilib. Azərbaycan xalqlarının ədəbiyyatı” e-antologiyası: Talış ədəbiyyatı N 16-07 (138 - 2013).
Həmzə Vəliməmmədov. "Onun işıqlı taleyi". Publisitik hərbi-vətənpərvərlik kitabı. Azərbaycan dilində. Kitab əslən Lerikdən olan talış balası, Böyük Vətən Müharibəsinin cəsür iştirakçısı, igidliklə vuruşmuş, gənc nəsil nümayəndələrinə örnək olan həyat və döyüş yolu keçmiş Atamalı Şıxəliyevə həsr olunub. O, Lerikin igid veteranlarından və fəallarından sayılırdısa, indi Qarabağda igidliklə vuruşan 5 lerikli balası Milli Qəhrəman adını daşıyır...
"АЗЕРБАЙДЖАН В МЕНЯЮЩЕМСЯ МИРЕ" (по итогам двух литературных конкурсов). Rusdilli müəlliflərin publisistika və poeziya nümunələri (Rus dilində). Rusca yazan və malakanların ədəbiyyatı antologiyası. Всего приняли участие около 150 произведений авторов из восьми стран мира. В данный сборник включены произведения авторов, вошедшие в лонг-лист (двадцать лучших) двух конкурсов.
Talış ədəbiyyatı antologiyası. Mais Təmkin. "İlhamlı günlərin nəğməsi" (Poema - Azərbaycan dilində). Mais Əsəd oğlu Əsədullayev - Mais Təmkin Lerik rayonun Livədirqə kəndində dünyaya göz açmış, hələ orta məktədə oxuduğu dövrdə ədəbiyyata,poeziyaya həvəs göstərmişdir. İlk şeirlər kitabı “Bu gecə ulduzlar yaman seyrəlib” 2003cü ildə işıq üzü görüb. Respublika Prezidenti cənab İlham Əliyeva ithaf olunmuş “İlhamın gücü” poeması 2005-ci ildə çapdan çıxıb. “Hikməti sözündə axtar” şeirlər kitabı 2009-cu ildə oxucuların ixtiyarına verilib. Hazırda qələmə aldığı “İlhamlı günlərin nəğməsi” poeması müəllifin sayca dördüncü kitabıdır.
Ləzgi ədəbiyyatı və kitabı. Mуьзеффер Меликмамедов. "Кıaнидаз кьве виш мани" (Лирика). Müzəffər Məlikməmmədov. "Seçilmiş şeirlər toplusu" (Lirika). Ləzgi dilində. Kitabda tanınmış şair-publisist, iki dildə - Azərbaycan və ləzgicə yazıb-yaradan Müzəffər Məlikməmmədovun lirik şeirləri toplanıb. Azərbaycanın yerli xalqlarından sayılan ləzgilərin ana dilində qələmə alınan bu lirik əsərlər dilçilər, etnoqraflar, kulturoloqlar, sivilizasiyaşünaslar, ədəbiyyatçılar üçün maraqlı kitab sayıla bilər. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Yusif Həsənbəy. “Dəniz aclığı”. Pyes, povestlər, hekayələr və şeirlər. Tanınmış nasir-şair Yusif Həsənbəyin bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı pyeslər, povestlər, hekayələr və şeirləri daxil edilib. Müəllifin qəhrəmanları ən çətin anlarında belə insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlayırlar. Yazıçı ədəbiyyatımızda çox işlənən gənclik mövzusuna özünəməxsüs üslubda yanaşır...