Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". İki cilddə. I cild. Kitabda toplanan əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə zəngin təsəvvürünü nümayiş etdirir.

Müəllif:

Süleyman Rəhimov


Kateqoriya:

Klassika



Qısa Təsvir:

Süleyman Rəhimov. "Seçilmiş əsərləri". İki cilddə. I cild. Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir. Xalq yazıçısı Süleyman Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. Bu kitaba müəllifin povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən seçmələr daxil edilmişdir. Maraqlı lövhələr dolu bu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir...


Baxış sayı: 2760
    
    


SÜLEYMAN RƏHİMOV


SEÇİLMİŞ ƏSƏRLƏRİ


İKİ CİLDDƏ


I CİLD


Bu kitab "Süleyman Rəhimov. Seçilmiş əsərləri. On cilddə. IV cild" (Bakı, Azərnəşr, 1971) və "Süleyman Rəhimov. "Əfsanələr". (Bakı, Gənclik, 1981) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

 

Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288 səh.

 

Xalq yazıçısı Süleyman Rəhimovun adı 1930-cu illərdən yeni Azərbaycan romanının doğuluşu, təşəkkülü və inkişafı ilə sıx bağlı olmuşdur. Milli nəsrimizdə roman janrının diqqətəlayiq nümunələrini yaradan görkəmli yazıçının əsərləri janr baxımından əlvan və müxtəlifdir. S.Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. Bu kitaba müəllifin üslubca və mündəricəsindəki oxşar cizgilərin rəngarəngliyi ilə seçilən povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən seçmələr daxil edilmişdir. 1960-cı illərdə qələmə alınan və nəsrimizdə psixoloji üslubun parlaq nümunələrindən sayılan "Məhtaban"da dərin ictimai-siyasi məsələlərə toxunulur. 

"Kəsilməyən kişnərti" əfsanə-povesti isə nağılvarı təfəkkürün orijinal təzahürü olub, müasir problemlərə folklor estetikası baxımından yanaşmağın parlaq ifadəsidir. "Güzgü göl" əfsanəsində xalq həyatından və xalqa inamdan gələn saf, insanı ucaldan, qanadlandıran romantik pafos var. 

Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir.

 

ISBN 9952-418-84-9

© "ŞƏRQ-QƏRB", 2005