Hacı İsmayıl bəy Qutqaşınlı. "Əsərləri”. XIX yüzil Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından biri, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıl bəy Qutqaşınlının (1809-1861) ədəbi irsinin çox az qismi bizə gəlib çatmışdır. Azərbaycan oxucusu onu əsasən “Rəşid bəy və Səadət xanım” hekayəsinə və “Səfərnamə” yol qeydlərinə görə tanıyır. Bu kitaba Qutqaşınlının məktubları, həyat və yaradıcılıq yolunu işıqlandıran məqalələri də daxil edilib.
Aşıq Bəsti. “Bənövşələr” . II nəşr. Toplayanı və tərtib edəni: Sədnik Paşa Pirusltanlı, filologiya elmləri doktoru, professor. Kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış el şairi Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir. Burada, eyni zamanda professor Sədnik Paşa Pirsultanlı toplayıcı və tərtibçi kimi Aşıq Bəstinin ədəbi irsinə və yeni toplanmış şeirlərinə nəzəri münasibət bildirmişdir. Həmçinin, Aşıq Bəstinin nəsil şəcərəsi ilə bağlı oxucular sənətkarın yaxın qohumları ilə tanış edilmişdir. “Bənövşələr” kitabının ikinci nəşrində kitaba yazılmış müqəddimə yenidən nəzərdən keçirilmiş, genişləndirilmiş, eyni zamanda, kitabın ümumi görkəminə və bədii-estetik gözəlliyinə xüsusi diqqət yetirilmişdir.
Səməd Vurğun. Seçilmis əsrləri. Bes cilddə. II cild. "Seçilmis əsərləri"nin bu cildinə ilhamlı sairin 1938-1955-ci illərdə yazdıgı seirələr toplanmısdır. Bu gerçək poeziya nümunələri sovet hakimiyyəti dövründə həqiqi istedadın həmisə qarsılasa bildiyi böyük çətinliklərin uğurlu bədii həllinin birər örnəkləridir. Həmin seirlərin hər birində Vurğun eyni vaxtda üç qatda - Azərbaycan, Dünya və Tarix adlı üç məkanda yasayan filosofdur.
Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi tanınan Mirzə Əbdülxalıq Yusifin "Diriltdi aləmi eşqin nidası" adlı şeirlər kitabı (2002) və şair haqqında "Mirzə Əbdülxalıq Yusif" adlı monoqrafiyamız (2000) nəşr olunub oxuculara çatdırılmışdır. Şairin bu kitabında isə yalnız çap olunan və çap olunmayan qəzəlləri toplanmışdır.
Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun "Seçilmiş əsərləri"nin bu cildində görkəmli nasirin "Mehman" povesti təqdim olunur. Ədib onu 1944-cü ildə qələmə almışdır. Realist-psixoloji üslubda yazılmış əsərdə bölgə prokurorunun həyat və mübarizəsi təsvir olunur. Qanunun aliliyi uğrunda mübarizə - povestin əsas ideyası kimi müəyyən edilə bilər.
Süleyman Rəhimov. "Seçilmiş əsərləri". İki cilddə. I cild. Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir. Xalq yazıçısı Süleyman Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. Bu kitaba müəllifin povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən seçmələr daxil edilmişdir. Maraqlı lövhələr dolu bu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir...
Aşıq Alı. "Əsərləri". Kitaba böyük el sənətkarı aşıq Alının ictimai-əxlaqı, mənəvi-psixoloji mündəricəli əsərləri - gəraylıları, qoşmaları, divaniləri, təcnisləri, habelə ona həsr olunmuş üç rəvayət - dastan daxil edilmişdir. "Aşıq sənəti haqqında" (məqalə).
Xurşidbanu Natəvan. "33 qəzəl". XIX əsr Azərbaycan ədəbiyyatının xanım nümayəndəsindən könülağrıdan qəzəllər - lirik, kədərli, həyati, fəlsəfi şeirlər... Kitab 1981-ci ildə "Gənclik"nəşriyyatında nəşr olunub...
"XVII əsr Azərbaycan lirikası" (Antologiya). Milli şerimizin zəngin dövrünü əhatə edən bu poetik kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşridir.
"Seçilmiş əsərləri". XIX əsrin tanınmış Azərbaycan intellektual ədibinin yaradıcılığının poeziya, nəsr və elmi publisistika qollarını əhatə edən kitab....
Demokratik bədii nəsr tariximizə realist roman janrının ilk nümunələrindən biri kimi daxil olmuş Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı İranda, o cümlədən Güney Azərbaycanda baş vermiş 1905-1911-ci illər inqilabının zehni zəmininin hazırlanmasında çox qiymətli bədii salnamədir.