"Bəxtiyarnamə". İnsanın mənəvi azadlığı, fəlsəfi fikirlər, qədim Şərq ənənələri bu klassik poemada öz əksini tapıb. Klassik Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Fədainin bu milli məsnəvisi qədim el dastanı əsasında yaradılmış, aydın dili, maraqlı üslubu ilə fərqlənir.
"Azərbaycan klassik ədəbiyyatından seçmələr". (Üç cilddə. üçüncü cild) Kitaba XVI-XVIII əsrlər Azərbaycan anadilli şairlərin əsərlərindən nümunələr - klassik poeziya inciləri daxil edilib. Saib Təbrizi, Vaqif, Vidadi və başqa klassik söz sənətkarlarımızın poetik-fəlsəfi nümunələri!
"Azərbaycan qadın şairləri antologiyası" kitabına yaşı minilliklərlə ölçülən milli söz sənətimizin xanım-xatın şairlərin poetik yaradıcılığından incilər daxil edilib... Kitabda hər iki Azərbaycanımızın qadın şairlərinin əsərlərindən nümunələr verilib.
"Azərbaycan klassik ədəbiyyatından seçmələr". Üç cilddə. II cild. Kitaba XIII-XVI əsrlər Azərbaycan anadilli şairlərin əsərlərindən nümunələr - klassik poeziya inciləri daxil edilib.
Kitabda XIX-XX əsrdə yazıb-yaratmış tanınmış yazıçı-publisist, maarifçi-dramaturq Nəcəf bəy Vəzirovun dram əsərləri, publisitikası, hekayə və iqtibasları toplanıb.
"Son Peyğəmbər" (Tarixi roman, almancadan tərcümə). "Əli və Nino" romanının müəllifindən maraqlı əsər. Aydın Xan (Əbilov) "Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət?" Başqa yazılar...
"Azərbaycan klassik ədəbiyyatından seçmələr". (Üç cilddə. Birinci cild) kitabına VII-XII əsrlər Azərbaycan şeri - ərəb və farsdilli klassik poeziya inciləri daxil edilib.
M.F.Axundovun ustadı, Azərbaycan mütəfəkkiri, şairi və pedaqoqu Mirzə Şəfeh Vazehin Nəğmələr ("Seçilmiş əsərləri") kitabına onun istedadla yazdığı Azərbaycan, fars və sonralar almanca tərcümə edilmiş şeirlərinin ana dilimizdəki variantları daxil edilib. Vaxtilə bu şair bütün Avropanı heyran etmişdi!!!
Kitabda klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Məhsəti Gəncəvinin müxtəlif mənbələrdən götürülmüş rübailəri toplanmışdır. Bu rübailər dövrünün humanist poeziyası - Xaqani, Nizami yaradıcılıgı ilə yaxından bağlı olmaqla dünyəvi hisslər tərənnüm edir, insanı, onun gözəlliyini, arzu və istəklərini ifadə edir, onun həyat eşqinin, rəngarəng duyğularının poetik ifadəsi kimi özünü göstərir.
Dədə Qorquddan gəlib Qurbanidən, Asıq Abbasdan, Sarı Asıqdan, Asıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xosbəxt sənətkarlardandır ki, ömrü yaratdıgı şeir, həyatı danışdıgı dil qədər yaşarıdır. Səməd Vurğunun "Seçilmis əsərləri"nin bu cildində qüdrətli sairin 1924-1937-ci illərdə yazdığı şeirlər toplanmışdır.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik yazıçı Abdulla Şaiqin "Seçilmiş əsərləri" (üç cilddə) III cildinə ədibin uşaqlar və gənclər üçün yazdığı şeirlər, poemalar, hekayələr, təmsillər və pyeslər daxil edilib. Bu əsərlər azərbaycan uşaq ədəbiyyatının dəyərli nümunələri hesab olunur və müxtəlif nəsil uşaqları tərəfindən sevilə-sevilə oxunur...