Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İxtisaslanmış axtarış və SEO mətn". Bu kitab vasitəsilə siz gələcəkdə hətta ən çətin suallara görə narahat olmayacaqsınız və axtarış sistemlərinin əvəzsizliyi təsdiqlənəcək...

Müəllif:

Mirzə İskəndərov


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Mirzə İskəndərov. "İxtisaslanmış axtarış və SEO mətn". Bu kitab vasitəsi ilə siz, gələcəkdə hətta ən çətin suallara görə narahat olmayacaqsınız və axtarış sistemlərinin necə də əvəz olunmaz olduğunu daim təsdiqləyəcək, vaxtın dəyərli olduğunu hər kəsə deyəcəksiniz.


Baxış sayı: 2645
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan elmi irsi" intellektual-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron Kitab N 15 (04-90 - 2016)


Kulturoloji layihəni maliyyələşdirən qurum: YYSQ - http://www.yysq.org


Mirzə İskəndərov

 

"İxtisaslanmış axtarış və SEO mətn"

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı, YYSQ - 2016


DİQQƏT

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur...

 

Müəllif haqqında


 MİRZƏ İSKƏNDƏROV - gənc yazar və web-proqramçı: http://ducit.net
İctimai tədbirlərdə tez-tez iştirak edirəm, məqalələr yazır, kitab üzərində çalışıram. Bununla bərabər müxtəlif yönümlü dərsliklər hazırlayaraq "Technet" layihəsini inkişaf etdirirəm. Təbii ki, "Ducit" layihəsi də inkişaf etməkdədir.
Kitabxana.net (həm də onlarla ədəbi saytın) və YYSQ-nın (Yeni Yazarlar və Sənətçilər Qurumu) İT, Ducit.net layihəsinin təsisçi-rəhbəriyəm.
Andrey Kosenkonun "İdeal yaddaş üçün 5 addım" kitabının tərcümə edəniyəm.
Mənim haqqımda digər məlumatları buradan əldə edə bilərsiniz:
http://iskandarov.org
İnanıram ki, bu kitab vasitəsi ilə siz, gələcəkdə hətta ən çətin suallara görə narahat olmayacaqsınız və axtarış sistemlərinin necə də əvəz olunmaz olduğunu daim təsdiqləyəcək, vaxtın dəyərli olduğunu hər kəsə deyəcəksiniz.


Bu kitab necə yarandı?


Kitab hazırda fəxrlə deyə biləcəyimiz kimi, “kitab” deyildi. Əslində bu natamam bir məqalə idi. Onu bitirmək üçün ideyalaraz olduğundan arxivlərimin birində qalmışdı. Günlərin birində ən sadə suallara görə natamam məqalə kitab şəklində hazırlan mağa başlandı. Bunun əsas səbəbi isə belədir:
Hər zaman ki, kimi boş vaxt tapanda kifayət qədər reytinqi olan vap-forumların birində olurdum. Gündə 20-30 mövzu açılırdı ki, bununda 40-60 faizi sadə suallarla dolu idi. Onların bəzilərini cavablandıraraq çıxırdım. Və çoxdandır unutduğum məqaləni fikirləşir, onu tamamlamaq üçün imkan axtarırdım. Çox güman ki, kitab sizin qarşınızdadırsa, deməli, vaxt tapa bilmişdim...
Təbii ki, sizi maraqlandıran, əsas sayıla bilən bir sual:
- 40-60% adlandırdığın suallardan bir neçəsini deyə bilərsənmi?
- Həm də, yaza bilərəm. Hətta cavabla:
1. Sual: Konstruktor saytlarını necə qurmalı? Cavab: Konstruktor, ona görə, yaradılıb ki, proqramlaşdırma dilini bilməyən şəxs ondan istifadə etsin. Yəni yaradılması sadədir (Sualın cavabına digər cavab: Video-dərslər təqdim edirəm).
2. S: Logo necə hazırlayım? C: Saytlar təklif edərdim, həm də axtarış üçün açar sözlərini göstərərdim.
3. S: Çat necə qurmalı? C: Məsləhətim bu haqda olan məqaləm, amma istifadəçini razı salmaq üçün video-dərs.
Təbii ki, bu suallar sizin üçün də çətin görünə bilər. Amma narahat olmağa ehtiyac yoxdur!
Siz silahlanmış cəngavər kimi hər gün "Google"dan istifadə edəcəksiniz.