Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Yaralı tut ağacı". Seçilmiş hekayələri. Əslən Xaçmazdan olan yazıçının bu kitabında təqdim olunan hekayələr, Qarabağ və hərbi vətənpərvərlik mövzusundadır.

Müəllif:

Məhərrəm Mustafa


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Məhərrəm Mustafa. "Yaralı tut ağacı". Seçilmiş hekayələri. Əslən Xaçmazdan olan yazıçının bu kitabında təqdim olunan hekayələr, Qarabağ və hərbi vətənpərvərlik mövzusundadır.


Baxış sayı: 2354
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 17  (42 - 2016)

Kulturoloji layihəni maliyyələşdirən qurum:


YYSQ - http://www.yysq.org


Məhərrəm Mustafa


“Yaralı tut ağacı”

 

Seçilmiş hekayələri


 Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı, YYSQ – 2016


Redaktor: Mehri MUSTAFA(yazıçı)


MUSTAFA Məhərrəm Nüsrəddin oğlu 1956 -cı il avqust ayının 11- də Xaçmaz rayonunda anadan olmuşdur. "Xalqlar Dostluğu" ordenli Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsinin məzunudur.Ailəlidir. İki övladı var. Kitabda təqdim olunan hekayələr , Qarabağ və hərbi vətənpərvərlik mövzusundadır.

DİQQƏT


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.


Müəllif haqqında:


Mustafa Məhərrəm Nüsrəddin oğlu 1956-cı il avqust ayının 11-də Xaçmaz rayonunda anadan olmuşdur.1973-cü ildə Xaçmaz şəhər 2 saylı tam orta məktəbi bitirmiş və həmin il Bakı Kooperativ Texnikumuna qəbul olmuşdur. 1975-ci ildə Mühasibat Uçotu ixtisası üzrə Texnikumu bitirmişdir.

1975 - 1977-ci illərdə Altay vilayətində hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Xaçmaz Rayon İstehlak Cəmiyyətində mühasib vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşləməklə bərabər o, 1979-cu ildə "Xalqlar Dostluğu" ordenli Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir.1984 - cü ildə təhsili bitirib Yüksək Dərəcəli İqtisadçı adı almışdır. 1998 - ci ildə İstehlak Cəmiyyətindən irəli çəkilərək "Azərkontrakt" Dövlət Korperasiyasının Xaçmaz rayon müəssisəsində işə başlamışdır. 2005-ci ildən 2011-ci ilədək "Dübrar"MMC - nin direktoru olmuşdur.

2011-ci ildən 55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının katibi vəzifəsində işləyir. Ədəbi fəaliyyətə məktəb illərində başlamış, ama yazılarını heç yerdə çap etdirməmişdir. İki ildir ki, dövri mətbuatda hekayələri və şeirləri gedir, yazıları sevilə-sevilə oxunur. 250-dən çox aforizmi müxtəlif dillərdə ən çox bəyənilənlər sırsındadırlar. İstedadlı yazıçıya yeni yaradıcılıq uğurları arzulayırıq.