"Fəzanın cazibəsi" - Çağdaş Quzey Arxangelsk poeziyası. Antologiya. "ПРИТЯЖЕНИЕ ПРОСТРАНСТВА" - Современная поэзия Архангельского Севера. Azərbaycan və rus dillərində. Mütərcimlər arasında əngəlli yaradıcı cavanlar da var.
Yaşar Bünyad. "Miqrant" - Hekayələr toplusu. Kitabda yazıçının 7 hekayəsi çap olunub. Mətnlərdə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur. Təhkiyə şirindir, ifadələr şirəlidir, mətndə boşluq yoxdur, dadlı məcaz, baməzə ironiya mətn boyu adamı şirnikdirir və sonluğa doğru çəkir. Paraqraflarla mətnin xronoloji idarəsi, zaman-məkan keçidləri ustaca qurulub.
Byörnstyerne Martinus Byörnson. "Redaktor". Pyes. Azərbaycan dilinə tərcümə: İ.Hacızadə. Norveçin Nobel mükafatlı yazıçısının insanları motivə edən maraqlı dram əsəri.
ALİ HASANOV. HAZAR-KARADENİZ HAVZALARIYLA GÜNEY KAFKASYA’NIN JEOEKONOMİK KARAKTERİSTİĞİ VE AZERBAYCAN’IN YENİ PETROL POLİTİKASI. (Türk dilinde). Əli Həsənov. " Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti". Elmi-analitik monoqrafiya. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitab
Şövkət Zərin Horovlu. "Seçilmiş əsərləri". Üç cilddə. III cild. Sağlamlığında böyük problemlər olan, fəqət yaradıcılığıyla hər kəsi heyrətləndirən, kreativ gənclərin milli-mənəvi dəyərlərlə kökləməyə çalışan istedadlı xanım şairin yeni kitabı. Tanınmış qadın şairin bu kitabına müəllifin seçilmiş şeirləri və poemaları daxil edilib. Əsərlərində həmişə olduğu kimi Qarabağ problemi qabardılır, düşmənlərlə mübarizəyə çağırışlar səslənir və vətənpərvərlik hissləri aşılanır...
Şəfa Vəli. “Poçtalyona məktub”. (Poetik toplu). Gənc şairənin bu kitabında Şəfanın başdanbaşa sevgi rəngli taleyinin şeirləri toplanmışdır. Başqa sözlə desək Şəfanın bütün yaradıcılığına sevgi rəngli taleyinin həzin bir qəmlə süslənmiş melodik ritmləri hopmuşdur...
Aqşin Əliyev (Mistanlı). "Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitabda Lənkəran rayonun Ləj kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, adət-ənənələri və təsərrüfat həyatı haqda məlumatı verilmişdir. Bundan başqa, Ləj kəndinin ziyalılarının, "Qarabağ veteranlarının", "Qarabağ şəhidlərinin" və digər tanınmış şəxslərin həyat yolu işıqlandırılmışdır. Kitabda tarixi faktlar öz əksini tapmışdır.
Əli Həsənov. "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti". Elmi-analitik monoqrafiya. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitabı.
Rövşən Yerfi. "Müqəssir". Roman. Təqaüddə çıxmış ədliyyə qulluqçusu, tanınmış yazıçı-publisitin bu yeni romanı cəmiyyətimizdə ictimai problemə çevrilmiş, ailə faciələrindən - erkən nigah, qısqanclıq və qətldən bəhs edən həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə, əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq.
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. X cild. Azərbaycan və dünya ədəbiyyatında bir ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır.
Şövkət Zərin Horovlu. "Seçilmiş əsərləri". Üç cilddə. II cild. Sağlamlığında böyük problemlər olan, fəqət yaradıcılığıyla hər kəsi heyrətləndirən, kreativ gənclərin milli-mənəvi dəyərlərlə kökləməyə çalışan tanınmış qadın yazıçının bu kitabına müəllifin "Tale yolu" romanı, "Əbədiyyətə qədər" povesti daxil edilib... Əsərlərində həmişə olduğu kimi Qarabağ problemi qabardılır, düşmənlərlə mübarizəyə çağırışlar səslənir və vətənpərvərlik hissləri aşılanır...
Əli Həsənov. "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" Azərbaycan, ingilis və rus dillərində. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitabı.