Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yaşar Bünyad. "Miqrant" - Hekayələr toplusu. Kitabda yazıçının 7 hekayəsi çap olunub. Mətnlərdə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur.

Müəllif:

Yaşar Bünyad


Kateqoriya:

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi



Qısa Təsvir:

Yaşar Bünyad. "Miqrant" - Hekayələr toplusu. Kitabda yazıçının 7 hekayəsi çap olunub.  Mətnlərdə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur. Təhkiyə şirindir, ifadələr şirəlidir, mətndə boşluq yoxdur, dadlı məcaz, baməzə ironiya mətn boyu adamı şirnikdirir və sonluğa doğru çəkir. Paraqraflarla mətnin xronoloji idarəsi, zaman-məkan keçidləri ustaca qurulub.


Baxış sayı: 684
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi”. Elektron Kitab N 87  (11 -  2017)

 

 Bu elektron kitab Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (2017-ci ildə maliyyə yardımı müsabiqəsi), AGF tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikası Prezidenti  yanında  Azərbaycan Gənclər Fondu: 

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=179



   “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/


Yaşar Bünyad


"Miqrant"


Bədii nəsr - hekayələr toplusu


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Yaşar Bünyad. Miqrant (hekayələr). Bakı, Çardaq yayınları – 2017, 90 səh. 100 tiraj. 


Yaşar Bünyadın "Miqrant" hekayəsi Rusiya bazarında çörəkpulu dalınca gedən həmyerlilərimizin başına bazar lotuları – millətçi skinxedlərin açdığı vəhşiliklərdən, bazarın dərəbəylik mühitindən danışılır. Mətndə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur. Təhkiyə şirindir, ifadələr şirəlidir, mətndə boşluq yoxdur, dadlı məcaz, baməzə ironiya mətn boyu adamı şirnikdirir və sonluğa doğru çəkir. Paraqraflarla mətnin xronoloji idarəsi, zaman-məkan keçidləri ustaca qurulub. Bir sözlə, yeməli hekayədir, amma heyif ki, bu ustalıqla sanballı bir ideya da ötürməli idi...

“General”. İtin dilindən nəql edilən maraqlı, templi, enerjili, baməzə hekayədir. Qeyd edək ki, “bazlığa gedən adamı gözləyərək maşında peşaba qarıxmaq...” – tablosu onun bir başqa (“Ata”) hekayəsində də eyni şəkildə var idi... Müəllif haqqında yuxarıdakı fikirlər "Ata" hekayəsinin timsalında daha dolğun görsənir: “Hər mətndə nəsə ideya gözləməyin özü də vasvasılıqdır. Mətndə enerji varsa, bu da kafidir!”. Yaşar Bünyad yaxşı yazardır, bu qələmlə hər nə desən, yaratmaq olar. Gözünüz bu imzanı daim axtaracaq... 


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.