Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Aqşin Əliyev (Mistanlı). "Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitabda Lənkəran rayonun Ləj kəndinin tarixinə həsr olunub.

Müəllif:

Bələdçi


Kateqoriya:

Multikultural Azərbaycan



Qısa Təsvir:

Aqşin Əliyev (Mistanlı). "Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitabda Lənkəran rayonun Ləj kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, adət-ənənələri və təsərrüfat həyatı haqda məlumatı verilmişdir. Bundan başqa, Ləj kəndinin ziyalılarının, "Qarabağ veteranlarının", "Qarabağ şəhidlərinin" və digər tanınmış şəxslərin həyat yolu işıqlandırılmışdır. Kitabda tarixi faktlar öz əksini tapmışdır.


Baxış sayı: 1761
    
    


www.kitabxana.net

 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Multikultural Azərbaycan". Elektron kitab N 83 (20 - 2017)


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyinin hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 


 Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:

 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176



Kulturoloji layihənin bu hissəsini  maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az

 

Kulturoloji layihənin dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər  İctimai Birliyi (Qurumu) - http://www.yysq.kitabxana.net 


Sosial şəbəkə resursumuz:

https://www.facebook.com/groups/yenikreativ/

  

Aqşin Əliyev (Mistanlı)


"Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi"


Etnoqrafiq-kulturoloji tədqiqat əsəri


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.

YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2017

Virtual redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 

Aqşin Əliyev (Mistanlı). "Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi".. Bakı, "Elm və təhsil", 2017, 136 səh.

Kitabda müəllifin Lənkəran rayonunun Ləj kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, adət-ənənələri və təsərrüfat həyatı haqda məlumatı verilmişdir. Bundan başqa, Ləj kəndinin ziyalılarının, "Qarabağ veteranlarının", "Qarabağ şəhidlərinin" və digər tanınmış şəxslərin həyat yolu işıqlandırılmışdır. Kitabda tarixi faktlar öz əksini tapmışdır.



ISBN 978-9952-8142-1-7

© A.Mistanlı (Əliyev), 2017
© "Elm və təhsil", 2017



Kamal Mahmudov, tarix üzrə fəlsəfə elmləri doktoru 


Ləj kəndinin sputnikdən görünüşü


ÖN SÖZ

Azərbaycan müstəqillik qazanandan sonra ədəbiyyat sahəsində də çiçəklənmə dövrü başladı. Belə ki, Sovet dövründə üzümüzə bağlanan milli arxivlərimiz açıldı.Zaman, indi vətəndaşlıq borcuna yeni gözlə baxdığı kimi olub keçənlərə də ədalət və insaf işığında nəzər salmağı bizdən tələb edir. Məhz belə bir dövrdə bu kitabın müəllifi olan Aqşin Əliyev Ləj kəndinin keçmiş tarixinə aid tarixi-etnoqrafik, elmi-bədii xüsusiyyətləri saxlamaq şərtilə, sənədli oçerk-hekayə janrından istifadə etmişdir. Burada, müəllif olub keçən hadisələrin bir çoxunu arxiv sənədlərdən, kənd ağsaqqallarının dediklərindən, mətbuat səhifələrindən götürüb, əqlin süzgəcindən keçirməklə dövrün ruhuna uyğun şəkildə verməyi özünə borc bilmişdir. Bu kitab 4 fəsildən ibarətdir.Kitabın birinci fəsli Ləj kəndinin tarixi, mədəniyyəti, musiqisi, sənətkarlığı, coğrafi şəraiti, iqlimi, əhalisi və iqtisadiyyatından bəhs edir. Bu fəsildə Aqşin Əliyev Ləj kəndinin tarixi köklərini üzə çıxarmış və bu əraziyə ilk insan köçlərinin gəlkməsindən danışmışdır. Burada tədqiqatçı Ləj kəndində məskunlaşan insanların məhz Lerik rayonunun bir neçə adı məlum kəndlərindən buraya köç edib gəlmələrindən söz açaraq kəndin ilk məskunlaşdırılmış olan yerini göstərmişdir.
Müəllif bu fəsildə Ləj kəndinin mədəniyyətindən söz açaraq burada mövcud olan mədəniyyət sahələri haqda danışmışdır. Tədqiqatçı burada Ləj kəndində mövcud olan sənətkarlıq sahələrindən danışaraq kənd sənətkarları haqda məlumat vermişdir. O, kənd sənətkarlarının həyat yolunu işıqlandırmışdır və Ləj kəndinin musiqiçilərindən, meyxana sənətindən bəhs etmişdir.Burada tədqiqatçı Aqşin Əliyev Ləj kəndinin coğrafiyası haqda məlumat vermiş, kəndin iqlimi, əhalisi, onların geyimi və antropoloji quruluşunndan danışmış və kəndin iqtisadiyyat sahəsində qazandığı uğurları və kənddə mövcud olan iqtisadi sahələrə diqqətə çəkmişdir. Burada sovet dövründə mövcud olmuş çayçılıq sahəsində kəndin çayçılıq briqadaları haqda məlumat vermişdir. Bununla kifayətlənməyən Aqşin Əliyev kəndin tibb sahəsi haqda da, idman sahəsi haqda məlumat verərək kənddəki tibb məntəqəsinin fəaliyyətindən və Ləj kəndinin idman sahəsində respublika çempionları haqda məlumatı oxucuların diqqətinə çatırmışdır.
Kitabın ikinci fəslində müəllif Ləj kəndinin sosial-iqtisadi həyatından və memarlıq sənətindən bəhs edərkən Ləj kəndinin inşa olunmuş evlərdən, kənd bulaqları, kənd yolları, kənd qəbirstanlığı haqda məlumat vermişdir. Aqşin Əliyev Ləj kəndinin bayram tədbirləri haqda məlumat verərək "Novruz bayramı" mərasim, "qurban bayramı" mərasimi və "çərşənbə axşamı "adət ənələrindən söhbət açmışdır. Burada o Ləj məktəbindən də söhbət açaraq məktəbdaxili tədbirləri haqda olan maraqlı məlumatları oxucuların diqqətinə çatdırmışdır. Ləj məktəbindən danışarkən müəllif məktəbdə mövcud olan təhsil sistemindən, orada dərs verən müəllimlər haqda ətraflı söhbət açmışdır. Bugünkü günümüzə uyğun olaraq müəllif Ləj kəndinin toy-düyün adətlərindən söhbət açaraq onların rəngarəngliyi haqqında məlumat vermişdir. Müəllif toy düyün adətinin elçilik, toy, nişan kimi adətlərini göstərmişdir. Müəllif Ləj kəndinin kitabxanası, Ləj kənd sənətkarlıq klubunun fəaliyyəti və iş prinsipi haqda məlumat vermiş və sonra isə Ləj kənd İcra nümayəndəliyi haqda maraqlı məlumatlar vermişdir.
Üçüncü fəsildə müəllif bir azda irəli gedərək hamımızın yaralı yeri olan "Qarabağ şəhidləri", "Milli qəhramanlar" və Ləj kəndinin "Qarabağ veteranları" haqda məlumat verərək onların şanlı döyüş yolunu işıqlandırmışdır. Burada müəllif milli qəhrəman Natiq Aslanov və şəhid Əsgər Əliyev həyat yolu və qəhrəmanlığı haqda ətraflı məlumat vermişdir.
Kitabın dördüncü fəsilində müəllif Ləj kəndinin tanınmış şəxsiyyətləri və Ləj kəndinin ziyalıları haqda məlumat verərək onların həyat yolunu işıqlanmışdır. O, Ləj kəndini ilk şairi olan Etibar Vəliyevin həyat yolunu işıqlandırmışdır.
Hər kəs bilməılidir ki, vətən borcu müqəddəs bir borcdur. Dünyadan ən böyük eşq vətən eşqidir.Aqşin Əliyevin qəlbi vətən eşqi ilə çırpınır. O, gözəl tarixçi və tədqiqatçıdı. O, yurdumuzu gəzərəg qədim abidələri tədqiqi edir. Belə ki, Aqşin Əliyev son dövürlərdə "Bobogil qəbir daşları", "Sığon qəbirstanlığı", "Lənkəran qalasının alınması", "Lənkərgünan, Lənkəran, yoxsa Lankon", "Babər qalası", "Şağlakücə İmamzadə türbəsi", "Şağlakücə Seyidəpir ocağı", "Haftoni kurqanları", "Cəngəmiran daş-qutu qəbirləri", "Orand daş-qutu qəbirləri", "Osakücə Mir Şərif ağa ocağı" adlı elmi publisistik məqalələr yazaraq cənub bölgəsinin qədim abidələrini tədqiq etmişdir.
Qeyd etmək istəyirəm ki, bu böyük missiyanı öz üzərinə götürdüyünə görə Aqşin Əliyevə işlərində uğurlar arzulayırıq.


DİQQƏT

 

 

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.