Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Byörnstyerne Martinus Byörnson. "Redaktor". Pyes. Azərbaycan dilinə tərcümə: İ.Hacızadə. Norveçin Nobel mükafatlı yazıçısının insanları motivə edən maraqlı dram əsəri.

Müəllif:

Bələdçi


Kateqoriya:

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi



Qısa Təsvir:

Byörnstyerne Martinus  Byörnson. "Redaktor". Pyes. Azərbaycan dilinə tərcümə: İ.Hacızadə. Norveçin Nobel mükafatlı yazıçısının insanları motivə edən  maraqlı dram əsəri.


Baxış sayı: 959
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi”. Elektron Kitab N 84  (10 -  2017)

 

 Bu elektron kitab Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (2017-ci ildə maliyyə yardımı müsabiqəsi), AGF tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikası Prezidenti  yanında  Azərbaycan Gənclər Fondu

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=179



   “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/



Ədəbyyat üzrə NOBEL mükafatçısı


Byörnstyerne Martinus  Byörnson


"Redaktor"


Pyes


Azərbaycan dilinə tərcümə: İ.Hacızadə


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Byörnstyerne Martinus  Byörnson. "Redaktor". Pyes. Azərbaycan dilinə tərcümə: İ.Hacızadə. Norveçin Nobel mükafatlı yazıçısının insanları motivə edən  maraqlı dram əsəri.


Byörnstyerne Martinus Byörnson


Byörnstyerne Martinus Byörnson (Norveç dilində: Bjørnstjerne Martinius Bjørnson; 8 dekabr 1832, Kvikne (Tinset), Norveç - 26 aprel 1910, Paris, Fransa) - norveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) ("ilhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına görə"), Norveç himninin sözlərinin müəllifi.
Həyatı
Norveç şairi, dramaturqu, nasiri və jurnalisti Byörnstyerne Byörnson lüteran keşişinin altı övladından ən böyüyü idi. Uşaqlıq illəri ölkənin qərbində, Romsdalda keşmişdi. Erkən yaşlarından şeir yazmış, ədəbiyyat və siyasətlə maraqlanmışdı. Universitetə daxil olmaq üçün gəldiyi Xristianiyada (indiki Oslo) Henrix İbsen və digər Norveç yazıçıları ilə tanış olmuşdu. Yalnız üç il sonra tələbə adını qazansa da, 1853-cü ildə ali təhsil fikrindən daşınmış, ədəbi və siyasi fəaliyyəti daha üstün tutmuşdu. Norveç milli teatrının yaranması da müəyən mənada Byörnsonun adı ilə bağlıdır.
"İllyustreret Folkebladet" jurnalını təsis etdiyi il (1856) İsveçə gedən Byörnson bu ölkənin tarixi keçmişin və abidələrin qorunması təcrübəsini Norveçdə də yaymaq qərarına gəlmişdi. Sonralar "Mən necə şair oldum" məqaləsində müəllif xalqın yaddaşının korşalmaması üçün "əcdadların qalereyası" silsiləsindən tarixi pyeslər yazmaq üçün təntənəli and içdiyini xatırlayırdı.
Arzularını gerçəkləşdirmək məqsədi ilə 1857-ci ildə o, Bergendəki "Norske teater"in direktoru olmaq təklifini qəbul etmişdi. Az sonra bu teatrın aparıcı aktrisası Karolina Reymersə evlənmişdi. Həmin nikahdan doğulan oğlu Byörn aktyor və rejissor kimi məşhurlaşmış, qızı Berqlyut isə Henrix İbsenin gəlini olmuşdu. Teatra rəhbərliklə yanaşı Byörnson həm də qəzet nəşr edirdi. Onun 1859-cu ildə yazdığı "Bəli, biz bu ölkəni sevirik" şeri Norveçin milli himninə çevrilmişdi.
Byörnson 70-ci illərin ortalarına qədər əsasən şeir, oda, nağıl, povest və tarixi pyeslər müəllifi kimi tanınırdı. Əsərlərinin əsas personajları Norveç kəndliləri və orta əsr saqalarının qəhrəmanları idi. Müəllifin üslubi cəhətdən xalq ədəbiyyatı ilə səsləşən "Syunneve Sulbakken" (1857), "Arne" (1859), "Şən oğlan" (1860) povestlərində kənd həyatı idealizə edilirdi. Məşhur tənqidçi Georq Brandes 1886-cı ildə "Şən oğlan" povestini "norveçlilərin ağlını kədərli melanxoliya bataqlığından xilas etmək istəyən sağlamlaşdırıcı mehə" bənzətmişdi.
Yazıçı kimi Byörnson sadəcə şən, qayğısız kəndli həyatının tərənnümünü yetərli saymırdı. O, Norveç kəndlilərini xristianlıqla bütpərəstliyi birləşdirməyə çalışan və uğursuzluğa məhkum olan tarixi faciə qəhrəmanlarının mənəvi xələfləri kimi görmək və təqdim etmək istəyirdi. Byörnson XII əsr Norveç tarixinin dramatik hadisələrini əks etdirən "Savaş içində" pyesini 1857-ci ildə tamamlamışdı. Ardınca müəllifin "Çolaq Qulda" (1858), "Kral Sverre" (1861), "Bədniyyət Ziqurd" (1863), "Mariya Stüart Şotlandiyada" (1864) pyesləri meydana çıxmışdı. Saqalara əsaslanan "Bədniyyət Ziqurd" onun ən yaxşı dramı sayılır və İbsenin "Taxt-tac davası" pyesi ilə bərabər tutulur.
Byörnsonun "Arnlyut Helline" (1870) epik poemasını Georq Brandes "təbiət təsvirləri baxımından misli-bərabəri olmayan əsər" kimi dəyərləndirmişdi. Eyni zamanda Brandes Kopenhagendəki mühazirələrində Byörnsonu və b. Skandinav yazıçılarını idilliyidan, romantik-tarixi mövzulardan uzaqlaşmağa, gündəlik həyata, real insan problemlərinə daha çox diqqət yetirməyə çağırmışdı. Bu çağırışa ilk səs verən Byörnson olmuşdu. 1873-1876-cı illərdə Romada yaşadığı dövrdə o, daha çox sosial mövzulu əsərlər yaratmışdı. Norveç müstəqilliyinin qızğın tərəfdarı olsa da, İsanın ilahi mənşəyi və lüteran kilsəsi ilə bağlı tənqidi fikirlərinə görə Byörnsonu vətənində sevməyənlər az deyildi.
Dövrün sosial-mənəvi problemlərini ciddiyyəti ilə ədəbiyyata gətirən ilk Norveç yazıçısı Byörnson idi. "İflas" (1875), "Redaktor" (1875), "Kral" (1877) kimi əsərlərində müəllif siyasi-maliyyə hakimiyyətinin simasını və yaradıcı fərdin daxili aləmini realist cizgilərlə əks etdirməyə çalışmışdı. O, "Əlcək" (1883), "Məhəbbət və coğrafiya" (1885), "Qüvvəmiz fövqündə" (1886) pyesləri ilə sosial həyatın və insan psixikasının dərin qatlarına nüfuz etmiş, burjua dəyərlərinə, xristian əxlaqının sağlam düşüncə ilə bir araya sığmayan ehkamlarına tənqidi yanaşmaqdan çəkinməmişdi. "Qüvvəmiz fövqündə" pyesi bir sıra Avropa ölkələri və ABŞ teatrlarının repertuarında özünə yer almışdı.
XIX əsrin sonları Byörnsonun epik nəsrə və gözlənilməz mövzulara müraciəti ilə səciyyəvidir. Məsələn, "Şəhər və liman üzərində bayraqlar dalğalanır" (1884) romanı məktəbli qızların seksual tərbiyəsinə, "Allahın yolu ilə" (1889) romanı isə elm-din qarşıdurmasına həsr olunmuşdu. Tədqiqatçıların fikrincə, hər iki əsər təfərrüatların dəqiqliyi və müşahidə zənginliyi ilə fərqlənir.
1903-cü ildə Byörnson "ilhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına görə" ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Üçüncü laureatın da rəqibi Lev Tolstoy idi. Lakin qrafın bəxti bu dəfə də gətirmədi. Yazıçının yaradıcılığı haqqında ən yaxşı araşdırmalardan birinin müəllifi Yalmar Boyersenin yazdığı kimi "Byörnson cındırından cin hürkən Norveç kəndlisinin simasında xalqın əzəmətini görmüş, qulağını millətinin sinəsinə dayayaraq onun qəlb çırpıntılarının ən munis, gizli məqamlarını eşitmişdi". Byörnsonu çox vaxt həmvətəni, müasiri və qohumu İbsenlə müqayisə edirlər. İbsen bütün istək və iddiasına rəğmən Nobel mükafatı ala bilməmişdi. Lakin ingilis tənqidçisi Brayan Daunzın yazdığı kimi "gələcək ədəbiyyat dünyasında böyük bir dövlət kimi qalmaqda olan İbsenin tərəfindədir", Byörnsonun əsərləri hər zaman diqqəti çəksə də onun haqqında bu sözləri demək mümkün deyildir. Norveç ədəbiyyatı dünya miqyasında Nobel laureatı Byernsondan daha çox İbsenin adı ilə tanınır. Amma fakt faktlığında qalır - Byörnson ədəbiyyat sahəsində Nobelə layiq görülmüş ilk üçlüyə daxildir.


Əsərləri

"İflas" (1875)
"Redaktor" (1875)
"Kral" (1877)

Povestləri

"Syunneve Sulbakken" (1857)
"Arne" (1859)
"Şən oğlan" (1860)

Pyesləri

"Savaş içində" (1857)
"Çolaq Qulda" (1858)
"Kral Sverre" (1861)
"Bədniyyət Ziqurd" (1863)
"Mariya Stüart Şotlandiyada" (1864)
"Əlcək" (1883)
"Məhəbbət və coğrafiya" (1885)
"Qüvvəmiz fövqündə" (1886)

Poemaları

"Arnlyut Helline" (1870) (epik poema)

Romanları

"Şəhər və liman üzərində bayraqlar dalğalanır" (1884)
"Allahın yolu ilə" (1889)



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.