Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əli Həsənov. "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" Azərbaycan, ingilis və rus dillərində. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitabı.

Müəllif:

Əli Həsənov


Kateqoriya:

Geosiyasət, siyasi elmlər



Qısa Təsvir:

Əli Həsənov. "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" Azərbaycan, ingilis və rus dillərində. Professor, siyasətşünas və dövlət xadimi Ə.Həsənovun tarixi sənədlərə söykənən növbəti intellektual kitabı.


Baxış sayı: 31
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Geosiyasət və siyasətşünaslıq”. Elektron Kitab N 77  (07 -  2017)

 

 Bu elektron kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən,   http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Geosiyasət və siyasətşünaslıq” intellektual-elmi, analitik-ictimai elektron kitablar silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Silsilənin bu hissəsini maliyyələşdirən qurum


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=181



Əli Həsənov 


"Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri"


(Azərbaycan, ingilis və rus dillərində)




Əli HƏSƏNOV 


Tarix elmləri doktoru, professor


AZƏRBAYCANLILARA QARŞI  ETNİK TƏMİZLƏMƏ VƏ SOYQIRIMI SİYASƏTİNİN MƏRHƏLƏLƏRİ


***


Ali HASANOV


Doctor of historical sciences, professor


STAGES OF ETHNIC CLEANSING AND GENOCIDE AGAINST THE AZERBAIJANIS


***


Али ГАСАНОВ, Доктор исторических наук, профессор


ЭТАПЫ ПОЛИТИКИ ЭТНИЧЕСКОЙ ЧИСТКИ И ГЕНОЦИДА ПРОТИВ АЗЕРБАЙДЖАНЦЕВ


Elmi redaktoru: Elçin Əhmədov, siyasi elmlər doktoru



Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq



Ə.M.HƏSƏNOV. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri. (Azərbaycan, ingilis və rus dillərində). Bakı, “Zərdabi LTD”, 2016, 80 s.


Kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. Mənbələrə əsasən təsdiq edilir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımların Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı faktlarla əsasən təhlil edilir. 

Bununla yanaşı, göstərilir ki, 1988-1993-cü illərdə mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Eyni zamanda, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 


ISBN 978 9952 504 32 3

© Həsənov Ə.M., 2016

© “Zərdabi LTD” MMC, 2016



Professor Əli Həsənov


Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Şərur rayonu, Tənənəm) — Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir...

 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


ДЖАНЦЕВ