Nurəddin Ədiloğlu. “Mənim Bağdagül nənəm”. (Publisistik məqalələr, esselər, oçerk və hekayətlər). Müəllifin oxuculara təqdim etdiyi bu kitabında toplanmış bədii-sənədli hekayətləri yarıməsrlik bir dövrü əhatə edir.
Etibar Həsənzadə (Salmanov). "Könlümlə söhbət". Kreativ əngəlli gənc istedadın ilk şeirlərindən ibarət yeni poetik toplu. Burada müəllif lirik düşüncələrini poetik dildə izah etməyə çalışır...
Azər Qaraqoyunlu. "Şəhid şahid". Bədii nəsr əsərlər toplusu. Gənc kreativ Azər Qaraqoyunlu sağlamlığında problemləri olsa da fəal ədəbi-mədəni yaradıcılıqla məşğul olur...
Etibar Həsənzadə (Salmanov). "Sevgi bəstəsi". Kreativ əngəlli gənc istedadın yeni şeirlər və bədii nəsr əsərlərindən ibarət poetik toplu. O, "Könlümlə söhbət", "Duyğular dinsin", "Gecikmiş etiraf", "Bir həyat romanı" və "Sevgi bəstəsi" adlı kitabların müəllifidir.
Etibar Həsənzadə (Salmanov). "Duyğular dinsin". Kreativ əngəlli gənc istedadlı qələm sahibinin müxtəlif illərdə qələmə aldığı şeirlər və hekayələrdən ibarət toplu.
Elman Tovuz. "Sən məni yuxuda çağır bir axşam" . Şeirlər toplu. Sağlamlığındakı problemlərə rəğmən, yazıb-yaratmaqdan usanmayan tanınmış şairin yeni kitabı. Bu kitabda müxtəlif illərdə dərc olunmuş şeirlərdən də daxil edilib. "Sən məni yuxuda çağır bir axşam" şair Elman Tovuzun oxucularla dördüncü görüşüdür. Bu kitabda "vüsal" pıçıltılı, "həsrət" haraylı sevgi şeirləri, necə deyərlər, tumurcuqdan yarpaq tökümünə qədər nə varsa, öz əksini tapmışdır. Kitaba əvvəlki nəşrlərdən seçmələr də daxil edilmişdir.
Ağasəlim Pünhanoğlu. "Azərbaycan və dünya musiqi sənətindən". Elmi-kütləvi məqalələr toplusu. Görmə problemləri olan gənc sənətşünasın ilk kitabının elektron variantı...
Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.
Elman Tovuz “101 qoşma” . Poetik toplu. Tanınmış şair Elman Tovuz “101 qoşma” kitabıyla növbəti dəfə görüşünüzə gəlib. Bu kitabda, adından da məlum olduğu kimi, 101 qoşma toplanıb. Topluya vaxtilə dərc olunmuş şeirlərdən də daxil edilib.
Dadaş Məmmədov. Söhrab Salamzadə. "Komikslər - Mədəniyyətlə dünyanı dəyiş". Kitabın başlıca məqsədi diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.
Yaşar Bünyad. "İblisin busəsi". Roman. Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub.