Ölkəmiz uzun illər boyu ateizm ideyasına qulluq edən Sovet rejiminin hakimiyyəti altında olmuş və həmin rejimin süqutundan sonra böyüklərimizin zəhməti və el oğullarının qanı sayəsində öz azadlığı və müstəqilliyini əldə edə bilmişdir.
Çoxları 80-ci illərin sonunda bütün dünyaya səs salmış "Qu quşu üzərindən uçuş" filmini xatırlayırlar. Bir neçə Oskar mükafatı alan filmin quruluşçu rejissoru dahi Minqoş Forman, baş rolun ifaçısı Cek Nikolson dünya şöhrəti qazansa da, ssenari müəllifi Ken Kizinin adı kölgədə qaldı. Bir çoxlarımız bilmirdik ki, bu film eyni adlı roman əsasında çəkilib və bu romanın müəllifi Ken Kizi Amerikanın ən məşhur yazıçılarındandır.
Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim. "Ölü" (Hekayə). Dünyaşöhrətli fransız yazıçısının azərbaycanca maraqlı bir əsəri
Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan "Koroğlu" dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə "Koroğlu" yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.
Əlibala Hacızadənin "Seçilmiş əsərləri"nin Doqquzuncu kitabına tanınmış nasirin ədəbi düşüncələri, publisistik yazıları, sənət müsahibələri, müəllif haqqında məqalələr, ona həsr olunmuş şeirlər daxil edilib
Kitabda dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı milli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılır. Eyni zamanda bir sıra sənət adamlarının Heydər Əliyev haqqında xatirələri və ürək sözləri kitabda öz əksini tapmışdır.
Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib...