Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycanca seçilmiş əsərləri. "Sadiq arvad" (komediya), "Liuza" və "Muzdlu tərəfdaşlar" (iki hekayə)

Müəllif:

Uilyam Somerst Moem


Kateqoriya:

Böyük Britaniya - İngiltərə



Qısa Təsvir:

Dünya şöhrətli ingilis yzıçısının azərbaycanca seçilmiş əsərləri. "Sadiq arvad" (komediya), "Liuza" və "Muzdlu tərəfdaşlar" (iki hekayə)


Baxış sayı: 5063
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın

Təqdimatında

 


YENİ TƏRCÜMƏLƏR


  
 
Uilyam Somerst Moem


(Böyük Britaniya)

 

E-kitab N 6

 

Hekayələr və pyes


Hazırlayanı: Aydın Xan (Əbilov)

 

YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal nəşri

 

Bakı - 2009

 

Uilyam Somerset Moyem
 

 Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq mədəniyyətinə sadiqlik nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlərində - hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi, yaxud elmi-nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yoxdur!Moyemə görə, yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır.

Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də valideynləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.

Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir.

Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır.

O, 1897-ci ildə ilk romanını yazır ("Lambetli Liza" - Liza of Lambeth,), daha sonra yazdığı "Ledi Frederik" romanı ona şöhrət gətirir.

Moyem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu barədə bir kitab da yazır.("Eşenden, yaxud Britaniya agenti", Ashenden, or the British Agent, 1928).

Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.

1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.

Moyemin "Dövrə" (The Circle, 1921), "Sədaqətli arvad" (The Constant Wife, 1927), "Teatr" (The Theater), "Şeppi"(Sheppi), "İti ülgüclər" (The Razor's Edge), "Ay və Qəpik" (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.

Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür.