Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Heydər Əliyev. Səhnəarxası görüşlər" (Ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı, Ümummilli liderimizin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşləri, onlara göstərdiyi qayğı və diqqəti barədə kitab)

Müəllif:

Hacı Zamiq Əliyev


Kateqoriya:

Prezident, siyasi kitablar



Qısa Təsvir:

Kitabda dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı milli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılır. Eyni zamanda bir sıra sənət adamlarının Heydər Əliyev haqqında xatirələri və ürək sözləri kitabda öz əksini tapmışdır.


Baxış sayı: 4402
    
    


Heydər Əliyev. Səhnəarxası görüşlər

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Müəllif: Hacı ZAMİQ ƏLİYEV

Bakı - 2008

 


Rəyçilər: Fuad Qasımzadə, akademik, əməkdar elm xadimi

Timurçin Əfəndiyev, professor, əməkdar incəsənət xadimi

Siyavuş Kərimi, professor, xalq atisti

 

Redaktor: Maarif Soltan

 


Kitabda dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı milli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılır. Eyni zamanda bir sıra sənət adamlarının Heydər Əliyev haqqında xatirələri və ürək sözləri kitabda öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

ISBN 978-9952-440-27-0

 

© UniPrint, 2008

 

 

ÖN SÖZ ƏVƏZİ


- 1997-ci ildə mən, kaman ifaçısı Ədalət Vəzirov və yetirməm Simarə İmanova "Şərq təranələri" Beynəlxalq festivalında 45-ə yaxın ölkə arasında ən ali - "Qran Pri" mükafatına layiq görüldük. Bu ölkə rəhbəri H.Əliyevin də diqqətindən yayınmadı və üçümüzə də "Əməkdar artist" adı verildi. Gülüstan sarayında keçirilən ziyafətlərin birində H.Əliyev bizim "Şərq Bülbülü" muğam üçlüyümüzün üzvləri ilə görüşüb sevincini bizimlə bölüşdü:
- Sizin 45-ə yaxın dövlət içərisində ən ali mükafata layiq görülməyiniz məni sevindirdi. Uğurımuz, qələbəniz barədə mənə Səmərqənddən xəbər verdilər. Əgər "Qran Pri" yox, 1-ci yeri tutsaydınız, mən sizi respublikaya buraxdırmayacaqdım. Gənc ifaçının ustadı ilə bərabər belə uğur qazanması, əzəmətli sənət uğuru, Azərbaycanın uğurudur.
Prezident H.Əliyevin Gürcüstana rəsmi səfərində bizim üçlük də var idi. H.Əliyev S.İmanovanın çıxışını olduqca bəyəndiyini söyləyib ünvanına təriflər yağdıranda özümü saxlaya bilməyib dilaltı dedim:
- Elə biz də pis çalmadıq, babat çaldıq.
Nə demək istədiyimi o dəqiqə hiss edən prezident dönüb üzümə baxaraq gülə-gülə dedi:
- Siz babat yox, nabat çaldınız.
Bu xoş sözlər bizim "Şərq Bülbülü" muğam üçlüyünü sevindirir, sənət ruhu verirdi. "Manas"ın yubiley tədbirləri dünyanın bir çox ölkələrində yüksək səviyyədə qeyd olunurdu. Növbəti yubiley İranda keçirildi,
bizim muğam üçlüyüdə həmin tədbirdə 15 dəqiqə çıxış etməli idi. İfamız H.Əliyevin o dərəcə xoşuna
gəlmişdi ki, aşağıdakı sözləri etiraf etmişdi:
Belə gözəl musiqiçiləri qoyub heç bir yana, heç bir görüşə getmək istəmirəm. Siz bu gün məni həmişə olduğu kimi heyrətləndirdiniz. Mən hiss etdim ki, axırda siz mənə görə ayağa qalxıb baş əydiniz. Bilirdiniz ki, digər görüşlərim də var, ona görə 15 dəqiqə nəzərdə tutulan çıxışınızı 45 dəqiqənin tamamında başa vurmalı oldunuz. Etiraf edim ki, mən sizlərdən doymadım...
Növbəti görüşlərimizin birində mən H.Əliyevə okeanın o tayında yaşayan sənətkar Cefri Verbakı qəbul edib sənəti ilə maraqlanmasına görə təşəkkürümü bildirmək məqsədilə nəzərdə tutulmayan çıxışımla müraciət etdim:
- Hörmətli prezident, mən Sizə təşəkkür etmək istəyirəm.
O duruxdu, nə üçün təşəkkür edəcəyimlə maraqlandı.
- Cefri mənə dedi ki, siz xoşbəxt xalqsınız ki, belə rəhbəriniz var. O, milli musiqinizi, onun tarixini gözəl və mükəmməl bilir.
H.Əliyev sözümü kəsərək:
- Elə mənim üçün də maraqlı idi ki, görək okeanın o tayında yaşayan musiqiçi muğamlarımızı, xalq çalğı alətlərimizi necə bilir, necə ifa edir.
Mən də dedim ki, Cefri, bizim prezident gənc yaşlarında tar da çalıb.
H.Əliyev təəccüb, bir qədər də sevincək:
- Sən bunu haradan bilirsən ki, mən tar çala bilirəm - deyib həqiqəti etiraf etdi.
Bəli, H.Əliyev sanki bir musiqişünas, tənqidçi idi. O, ədəbiyyat, balet, opera, xoreoqrafiya, kinemotoqrafiya, teatr, kino, muğam, musiqi tariximizi gözəl bilirdi və bu yolda onun parlaq yaddaşı və dəqiq məntiqi ətrafmdakıları heyrətləndirirdi.
Heydər Əliyev elə fenomenal şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa da, nə qədər deyilsə də, onun sözlə, fırçayla bütöv portretini yaratmaq, onu olduğu kimi göstərmək mümkünsüz bir işdir və ustalıqla yazılmış ən böyük kitablar belə onun böyük obrazının xırda detalları, ayrı-ayrı fraqmentləri ola bilər.
Yaxından baxanda büyük dağları tam əzəmətiylə görmək mümkün olmadığı kimi bizlər - onun müasirləri də onun nəhəngliyini bəlkə də tam görə bilinir, dərk edə bilmirik. İllər ötdükcə, zamanlar keçdikcə, memarı olduğu Azərbaycan qüdrətləndikcə gələcək nəsillər bu böyük şəxsiyyətin əzəmətli obrazını daha dolğunluğu ilə görəcəklər. Bizim o böyük portretə xırda ştrixlər əlavə etmək cəhdlərimiz də məhz buna hesablanıb.
Bir təsəllimiz var ki, biz onunla çağdaş olmuşuq, əlini sıxmışıq, xoş sözlərini eşitmişik, həmişə qayğı və diqqətini görmüşük. Gərgin iş rejimində, böyük siyasətdən vaxt ayırıb sənət adamlarının yubileylərində iştirak edərdi, çıxışlar edərdi, hələ bu azmış kimi tədbirlərdən sonra səhnə arxasına keçib sənətçilərlə canlı ünsiyyət yaradardı, onların qayğıları ilə maraqlanardı.
Bəli, əziz oxucu! Bu kitabı yazmaqla o böyük şəxsiyyətlə - Heydər Əliyevlə səhnə arxasındakı görüşlərimizin müəyyən məqamlarını diqqətinizə çatdırmaq niyyətindəyik. Mən sənətçiyəm, qarşıma məqsəd qoymamışam ki, nəsə qeyri-adi akademik bir kitab hazırlayım. Yox, istəsəm də bunu edə bilmərəm, sadəcə, əlimdə olan materialları, şahidi olduğum məqamları yazıb toplamaq qərarına gəldim.Yuxarıda dediyim kimi Heydər Əliyevin böyük portretinə xırda ştrixlər əlavə etməyə cəhd göstərdim.

Hörmətlə, Hacı Zamiq Əliyev, Xalq artisti, dosent