Fikir qovluğu" Azər Qaraçənlinin tələbəlik vaxtından - 1991‐ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudu. 2007‐ci ilin noyabrında atası şair Ağa Laçınlı vəfat eləyəndən sonra həm bu qəfil ölümdən, həm də atasının arxivində çap olunmamış xeyli bədii, publisistik, elmi əsərin qalmasından sarsılan Azər Qaraçənli öz arxivindəki materialların çoxluğundan da narahat olmağa başlayıb və qaralamalarını "əldən çıxartmaq" qərarına gəlib. 2008‐ci ilin aprel ayından Azər Qaraçənli öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay ərzində hissə‐hissə "Mediaforum.az" saytında dərc elətdirib. "Fikir qovluğu" həmin silsilənin kitab variantıdı. Kitaba müəllif silsilənin saytda gedən variantına düşməyən bəzi qeydlərini də əlavə eləyib. Eyni zamanda, "Fikir qovluğu"nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.
"C++ proqramlaşdırma dili". Kitabda Windows sistemlərində C++ dilində proqram tərtibindən bəhs olunur. Bu mətndən istifadə edə bilmək üçün ilkin olaraq heç bir proqramlaşdırma dilini bilmək tələb olunmur. Hər bir paraqrafın sonunda verilmiş çalışmalar mütləq yerinə yetirilməlidir. Bu sizə materialı daha da aydın başa düşməyə kömək etməklə yanaşı, sizdə gələcək inkişaf üçün əvəzedilməz olan proqramlaşdırma təcrübəsi yaradacaq və artıracaq.
Solmaz Qaşqay. "Manna dövləti". Təqdim edilən monoqrafiya eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən olan Mannanın siyasi və iqtisadi tarixinə həsr olunmuşdur. Əsərdə Cənubi Azərbaycan ərazisində qazıntılar zamanı aşkar edilmiş mixi yazılarından istifadə edilmişdir. Kitabda dövlət quruculuğu və etnik problemlərə, təsərrüfatın müxtəlif sahələrinə xüsusi yer verilmişdir. Manna dövlətində yüksək mədəniyyət və inkişaf etmiş iqtisadiyyatı olmuşdur
Orxan Pamuk. "Benim adım kırmızı" - "Mənim adım qırmızıdır" (Türkcə). Türkiyənin ilk Nobelçi yazarının ən dəyərli romanı: Şərq və Qərb dünyabaxışının toqquşduğu roman. Şeyx Nizami Gəncəvidən güclü bəhrələnib...
"Ümidlərin izi ilə" (kriminal-detektiv roman). Şəmil Sadiq və Müşfiq Xanın müştərək əsəri Xocalı soyqırım faciəsindən sonra xarici ölkələrə daşınan qız-gəlinlərimizin ürəkqıran taleyi barədə çox kədərli bir roman hesab oluna bilər...
"O" (pritça). Jol ismert "Həyatımın sound`suz track`ı". Ədəbiyyat eksperimentləri sevir də. Şəbəkə ədəbiyyatına aid edilə bilincəcək yeni bir bədii nəsr nümunəsini oxucuların müzakirəsinə buraxırıq...
Fərid Hüseyn. "300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi. Bəzən insan elə kitabla qarşılaşır ki, oxuya-oxuya kədərlənir. Səbəb bu qədər sadədir: səhifələrin sona çatmasını istəmirsən. Belə kitablardan biri də "300 azərbaycanlı" idi. Ürəyimə bir istək doldu: bu kitabın "ardını" yazmaq. Yalnız bu yolla "300-azərbaycanlı" kitabı sona çatmaya bilərdi...
"Düşüncə gücü ilə tedavi" (türkcə). Louise L. Ha - Louze Hay metafizik konularda konferanslar veren bir öğretmen ve Düşünce Gücüyle Tedavi 1 - 2, Güzel Yaşamın Sırlari, Pozitif Gücün Büyüsü adlı en çok satan kitapların da yazarıdır... PDF formatında maraqli bir kitab...
Lev Qumilyov. "Qədim Türklər". Görkəmli Rusiya tarixçi aliminin qədim Türan Dünyası və türklər haqqında möhtəşəm araşdırması. Kitab Azərbaycancaya tərcümə olunub. Müəllif haqqında yazı...
"Azərbaycan folkloru". Məktəblilər və uşaqlar üçün seçmələr... Antologiyada elin söz yaddaşından nümunələr - bayatı, tapmaca, nağıl və başqa janrlarda folklor məhsulları daxil edilib...
"Hamlet İsaxanlının poetik tərcüməsində dünya şeri". Tanınmış istedadlı şair-alim, təhsil və elm xadimi H.İsaxanlı dünya ədəbiyyatının görkəmli nümayəndələrinin poetik əsərlərini orijinaldan azərbaycanca məharətlə çevirib bir e-kitabda toplayıb... Haqqında materiallar...